Bakı Limanı 65 yaşdan yuxarı şəxslərə humanitar yardım göstərib
Bakı, 31 mart, AZƏRTAC
Koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində 65 yaşdan yuxarı insanların evdən çıxmasına qadağa qoyulub.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar olaraq Bakı Limanı tərəfindən Ələt qəsəbəsində yaşayan və 65 yaşdan yuxarı yaşlı insanlara humanitar yardım göstərilib və ahıl, yaşlı, tənha insanların evlərində ərzaq bağlamaları çatdırılıb.