Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda 13-cü Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi başlayır

Bakı, 1 aprel (AZƏRTAC). Aprelin 3-də Bakı Ekspo Mərkəzində Azərbaycan və bütün Qafqaz regionunda turizm sənayesinin böyük ixtisaslaşdırılmış tədbirlərindən biri - 13-cü Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ("AITF-2014") açılacaqdır.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, "AITF" sərgisi regionun müasir turizm bazarının ümumi mənzərəsini əks etdirməklə yanaşı, dünyanın müxtəlif bölgələrini koloriti ilə nümayiş etdirən aparıcı beynəlxalq sərgi statusunu qazanmışdır. Artıq 13 ildir ki, bu sərgi turizm sənayesi nümayəndələrinin görüşü üçün beynəlxalq platforma kimi fəaliyyət göstərir.

"AITF" sərgisi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi dəstəyi ilə keçirilir. Həmçinin sərgiyə Dünya Turizm Təşkilatı (UNWTO), Beynəlxalq Turizm Sərgiləri Assosiasiyası (İTTFA), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstək göstərilir.

Bu sərgi Dünya Sərgi Sənayesi Assosiasiyası ("UFİ") tərəfindən təqdir olunur. Sərginin təşkilatçıları qismində "Iteca Caspian" MMC və onun Böyük britaniyalı tərəfdaşı "ITE Groupplc" şirkətləri çıxış edirlər. "ITE Groupplc" şirkətinin tərəfdaş və agentlərindən ibarət şəbəkəsi, o cümlədən "ITE London", "EUF" (Тürkiyə), "GIMA" (Almaniya) və "ITE Gulf" (Dubay) beynəlxalq şirkətlərin Azərbaycanda keçirilən sərgilərdə iştiraka cəlb edilməsində fəal rol oynayırlar.

Sərgilərin rəsmi otelləri "JW Marriott Hotel Absheron Baku" və "Qafqaz Point Hotel" mehmanxanaları, rəsmi turoperatoru isə "Greenwich Travel Club" şirkətidir. 2014-cü ildə keçiriləcək bütün sərgilərin təhlükəsizlik üzrə rəsmi tərəfdaşı "SafeLife" şirkətidir.

Sərgi iştirakçılarının 60 faizindən çoxunu xarici iştirakçılar təşkil edirlər. Onlar xüsusi olaraq Azərbaycan bazarı üçün işlənib hazırlanmış eksklüziv turizm təkliflərini təqdim edəcəklər. Sərgi iştirakçılarının 40 faizi yerli şirkətlərdən ibarətdir.

Sərgidə milli stendlərin fəal iştirakı ilə yanaşı, Argentina, Bolqarıstan, Macarıstan, Yunanıstan, Gürcüstan, Dominikan Respublikası, Misir, Zaqreb (Xorvatiya), Hindistan, İndoneziya, İtaliya, Çin, Malayziya, Mərakeş, Sloveniya, Stavropol diyarı (Rusiya), Tailand, Türkiyə, Soçi (Rusiya), Fransa, Monteneqro və Çex Respublikasından 24 milli və regional qrup iştirak edəcəkdir.

Azərbaycanda keçirilən bu turizm sərgisinin daimi iştirakçılarından biri, dəfələrlə "AİTF"in tərəfdaşı olmuş Bolqarıstan isə bu il sərgiyə qeydiyyat üzrə sponsor qismində çıxış edir. Sərgiyə VIP səviyyəli qonaqların gəlişi beynəlxalq peşəkar ictimaiyyət tərəfindən göstərilən marağı bir daha təsdiq edir. Bu il sərgiyə Bolqarıstan, Gürcüstan, Rusiya və Monteneqrodan turizm sənayesi üzrə beynəlxalq ekspertlər, Stavropol diyarından, eləcə də digər ölkələrdən nümayəndə heyətləri edəcəklər.

"AITF -2014" sərgisi çərçivəsində turizm sənayesi üzrə mühüm tədbirin - BMT-nin Dünya Turizm Təşkilatı Avropa Komissiyasının 57-ci iclası və turizm klasterlərinin səmərəli inkişafı üzrə seminarın keçirilməsi nəzərdə tutulmuşdur. Bu görüş, ümumilikdə, turizm sənayesi üçün əlamətdar hadisə olacaq və bu sahədə Azərbaycanın beynəlxalq əlaqələrinin daha da gücləndirməsinə şərait yaradacaqdır. İclas və seminar iştirakçıları sərgi üzrə VIP-turda iştirak edəcəklər.

Bu ilki sərginin yeni ölkə və istiqamətləri Argentina, Dominikan Respublikası, Çin və Xorvatiyanın Zaqreb şəhəridir. Birillik fasilədən sonra Hindistan, Yunanıstan və Malayziya, ilk dəfə isə Şri-Lanka, Keniya və Cənubi Afrika Respublikasının turizm şirkətləri sərgidə iştirak edəcəklər.

"AITF -2014"də tibbi turizm istiqamətini nümayiş etdirən iştirakçıların sayı əhəmiyyətli dərəcədə artmışdır. Bu turizm istiqamətinə xarici tibbi mərkəzlər, özəl və dövlət klinikaları, eləcə də Almaniya, Yunanıstan, İsrail, Kipr, Litva, Rusiya, Türkiyə və İsveçrənin diaqnostika mərkəzləri daxildir. Azərbaycan sanatoriyaları bütün dünyada məşhur olan Naftalan neftinin müalicəvi xassələrini nümayiş etdirəcəklər. Həmçinin sərgidə ilk dəfə olaraq Litva Tibbi Turizm Klasterinin ("LITCARE") və Türkiyə Tibbi Turizm Assosiasiyasının ("THTC") tibbi turizm xidmətləri üzrə klasterlərinin himayəsi altında olan şirkətlər də iştirak edəcəklər.

Sərginin bu il inkişaf etdirdiyi daha bir istiqamət isə xaricdə daşınmaz əmlak sektorudur. Bu sektorda iştirakçı şirkətlər yerli daşınmaz əmlak agentliklərinə Türkiyə, Kipr və Avropanın digər ölkələrinin istirahət zonalarında yaşayış yerlərinin və ofislərin satışı, icarəsi, habelə hüquqi məsləhət xidmətləri ilə bağlı əməkdaşlıq təklif edirlər. Azərbaycan regionlarının milli pavilyon çərçivəsində irimiqyaslı iştirakı sərginin maraqlı və koloritli hadisəsindən biridir. Azərbaycan üzrə turizm paketinin müxtəlifliyi istənilən turizm menyusunu zənginləşdirə bilər.

Regional ekspozisiyada Azərbaycanın 22 regionu- Qəbələ, Qax, Gədəbəy, Quba, Qusar, Gəncə, Zaqatala, İsmayıllı, Lənkəran, Lerik, Masallı, Mingəçevir, Oğuz, Tovuz, Xaçmaz, Xızı, Şamaxı, Şəmkir, Şəki, Naxçıvan Muxtar Respublikası və Sumqayıt şəhərinin turizm və mədəniyyət departamenti iştirak edəcəkdir. Burada turizm fəaliyyətinin müxtəlif növləri, o cümlədən kənd və ekoloji turizm, salçılıq, dağ-xizək və dəniz kurortları və s. üçün imkanlar nümayiş etdiriləcəkdir. Regional ekspozisiyada 60-a yaxın otel iştirak edəcəkdir (bu otellərin bir neçəsi qlobal mehmanxana şəbəkələrinə daxildir). Bundan əlavə, Azərbaycan Turizm Assosiasiyası öz stendində ölkəmizin aparıcı otellərini və turizm agentliklərini bir araya gətirəcəkdir.

Sərgi çərçivəsində iştirakçıların stendlərində təqdimat və seminarların keçirilməsi, habelə müxtəlif lotereya və yollayışların oynanılması planlaşdırılmışdır. Sərgi ilk iki iş günü ərzində yalnız turizm sənayesinin mütəxəssisləri üçün açıq olacaq və bu mütəxəssislər sərgi meydançasından danışıqların aparılması, tərəfdaş axtarışı, bazarda imicin gücləndirilməsi və digər həmkarlarının yeniliklərinin qiymətləndirilməsi üçün işgüzar platforma kimi istifadə edə biləcəklər. Aprelin 5-də isə sərgiyə giriş fərdi şəxslər üçün açıq olacaqdır. Ziyarətçilərin müraciətləri nəzərə alınaraq sərginin sonuncu iş günü şənbə gününə keçirilmişdir. Burada da istirahət üçün gözəl ideyalarla tanışlıq mümkün olacaqdır.

"AITF" sərgisi ilə eyni vaxtda regionda otel və restoran sənayesinin yeganə ixtisaslaşdırılmış tədbiri -8-ci Qafqaz Beynəlxalq otel, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgisi ("Horex Caucasus -2014") də keçiriləcəkdir.

"AITF" və "Horex Caucasus" sərgiləri ilə bağlı ən son xəbərlər operativ olaraq sərgi saytlarında və sosial şəbəkələrdə yerləşdiriləcəkdir. Həmçinin bu sərgilərdə iştirak edən şirkətlər barədə rəsmi kataloq çap olunmuşdur və sərginin rəsmi qəzetinin ("DailyNews. AITF-2014") nəşri planlaşdırılmışdır. Bu qəzetdə sərgi iştirakçıları və tədbirlər barədə məlumatlar dərc olunacaqdır. Bundan əlavə, sərgi ziyarətçilərinin rahatlığı üçün metronun "Nəriman Nərimanov" stansiyasından Bakı Ekspo Mərkəzinə və geriyə pulsuz avtobuslar təşkil edilmişdir.

Təşkilatçılar http://aitf.az/2014/?p=visitors_fast_register internet səhifəsində fəaliyyət göstərən elektron xidmət - onlayn qeydiyyatdan fəal şəkildə yararlanmağı tövsiyə edirlər. Cəmi bir neçə dəqiqə çəkən bu prosedur Bakı Ekspo Mərkəzində qeydiyyat zamanı sərf olunan vaxta xeyli qənaət etməyə imkan yaradacaqdır. Beləliklə, sərgi geniş turizm imkanları ilə tanışlıq üçün aprelin 3-4-də turizm sənayesinin peşəkarları, aprelin 5-də isə bütün səyahət həvəskarları üçün açıq olacaqdır.

Aprelin 2-də "Trend" xəbərlər şirkətinin mətbuat mərkəzində 13-cü Azərbaycan Beynəlxalq turizm və səyahətlər və 8-ci Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgilərinin açılışına həsr olunmuş mətbuat konfransı keçiriləcəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir