BAKIDA BEYNƏLXALQ HÜQUQ KONFRANSI KEÇİRİLƏCƏK
Birlikdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Avropa Şurasının, beynəlxalq hüquq mühafizə təşkilatlarının, Azərbaycan hökuməti və parlamentinin, diplomatik korpusun, qeyri-hökumət təşkilatlarının və KİV-lərin nümayəndələrinin iştirak edəcəkləri konfransda insan hüquqlarına dair Avropa Konvensiyasının Avropa Şurasının üzvü olan ölkələrdə həyata keçirilməsi barədə xarici ekspertin məruzəsi dinləniləcək, Konvensiyanın müddəalarının Azərbaycanda tətbiqi məsələlərinə aid fikir mübadiləsi aparılacaqdır.