Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda “İsveçrə turizmi günü”

Bakı, 4 iyul, AZƏRTAC

Bakıda “Four Seasons” otelində İsveçrə Turizm Ofisi və bu ölkənin Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə “İsveçrə turizmi günü” mövzusunda seminar keçirilib. Tədbirin məqsədi Azərbaycan bazarında İsveçrə turizmi imkanlarının təqdimatı olub. İsveçrə Turizm Ofisinin rəhbəri Federiko Sommaruqa başda olmaqla, bu ölkənin müvafiq infrastruktur nümayəndələri Azərbaycanın aparıcı turizm şirkətlərinin menecerləri ilə görüşüblər. İsveçrə nümayəndə heyətinə otel biznesinin, tibb müəssisələrinin, qəbuledən turoperatorların, saat satışı butiklərinin və digər təşkilatların peşəkarları daxil idi.

Qeyd edək ki, bu, Bakıda məxsusi olaraq İsveçrə turizminə həsr edilən ilk B2B tədbiridir. Federiko Sommaruqanın sözlərinə görə, Azərbaycanın elit turizm bazarı İsveçrə üçün böyük maraq kəsb edir. O deyib: “İsveçrəyə gələn azərbaycanlı turistlərin sayı artır. Bir qayda olaraq, onlar qazancı orta səviyyədən yüksək olan, İsveçrə bazarı üçün xarakterik xidmətlərin eksklüzivliyini və keyfiyyətini qiymətləndirən insanlardır. İsveçrənin əla inkişaf etmiş turizm infrastrukturu, istirahətin müxtəlif istiqamətləri, şəhər və regionların təmizliyi və təhlükəsizliyi ən yüksək tələbi təmin etməyə qadirdir. Bundan başqa, azərbaycanlıların İsveçrə turizminə maraqları qarşılıqlıdır. Avropalılar, o cümlədən isveçrəlilər dünya turizm infrastrukturunun ayrılmaz hissəsinə çevrilmiş Azərbaycana daha çox turist kimi gəlirlər”.

Turistlər arasında İsveçrənin Cenevrə şəhəri daha çox məşhurdur. Şəhər şopinq və Alp dağlarına səyahəti bir araya gətirən zəngin mədəni proqram təklif edir. “Cenevrə Azərbaycandan gələn turistlərin xoşuna gəlir, onlar, bir qayda olaraq, ən yaxşı otellərdə qalır, nüfuzlu klinikaların, özəl məktəblərin xidmətlərindən istifadə edir, bahalı restoranlara gedirlər, - Cenevrə Turizmi Ofisinin nümayəndəsi Albina Rassamaxina deyir. - Qonaqları, həmçinin fəal istirahət imkanları - raftinq, paraqlaydinq, habelə “Patek Philippe” Saatlar Muzeyi, Müasir İncəsənət Muzeyi və digər eksklüziv muzeylər cəlb edir. Hər il Cenevrə festivalını təxminən 2 milyon adam ziyarət edir. Bu il festival avqustun 3-dən 13-dək keçiriləcək. Bu müddətdə Cenevrə gölünün sahili böyüklərə və uşaqlara çoxsaylı əyləncələr - attraksion-panoram, yarmarkalar, xudmani restoranlar, habelə möhtəşəm atəşfəşanlıq şousu təqdim edəcək. Yeri gəlmişkən, bu mövsümdə ilk dəfə olaraq atəşfəşanlıq şousuna yerləri bron etmək olar”.

İsveçrədə mühüm istirahət istiqaməti müalicə-sağlamlıq turizmidir. Bakıda keçirilən tədbirdə İsveçrənin aparıcı hospital və klinikalarının birliyi - “Swiss Health”in baş direktoru Andrey Relyiç iştirak edib. “Ən müasir infrastrukturla mükəmməl tibbi xidmət İsveçrə səhiyyə sistemini bütün dünyada məşhurlaşdırır. “Swiss Health”in təklif etdiyi hospital və klinikalar bütövlükdə xəstəliklərin tam spektrini əhatə edir. Onun məqsədi pasiyentlərə və onları konsultasiya edən həkimlərə ən münasib hospital, klinika və ya ambulator mərkəz təqdim etməkdir”, - deyə Andrey Relyiç bildirib.

“İsveçrə turizmi günü”nə gələnlər “Ultima Gstaad” otel və klinikasının yeni butikinin nümayəndəsi ilə də ünsiyyət qurublar. “Ultima”nın satış direktoru Eliy Papanın sözlərinə görə, klinika fərdi estetik təbabət üzrə ixtisaslaşır, beşulduzlu otel şəraitində üz və bədəni cavanlaşdıran nadir prosedurları həyata keçirir. Klinika plastik, estetik və detoks təbabət sahəsində məşhur isveçrəli mütəxəssis doktor Xavyer Tenorio tərəfindən yaradılıb.

İsveçrə zəngin saat sənəti ilə məşhurdur. Təəccüblü deyil ki, Bakıda keçirilən tədbirin qonaqları sırasında saat biznesinin nümayəndələri də olublar. İnterlaken kurort şəhərində yerləşən “Kirchhofer” ailə müəssisəsi İsveçrədə saat və zərgərlik məmulatları sahəsində liderlik edən mağazalardan biridir. Ölkənin 100-dən çox məşhur istehsalçısının məmulatlarını təqdim edən bu mağazada hər satıcıya müvafiq sertifikat verilir.

İsveçrənin digər mağazası olan “Les Ambassadeurs” özünün Cenevrə, Sürix, Sankt-Morits, Lyutsern və Luqanodakı butikləri vasitəsilə brend saatları və zərgərlik məmulatlarını satır. Saat sənətkarlığının xiridarları burada həm brendlərin geniş yayılmış məhsullarını, həm də nadir və ya məşhur istehsalçıların az sayda buraxdığı saatları tapa bilərlər.

Tədbirə yekun vuran Federiko Sommaruqa yeni marşrutu -uzunluğu 1600 kilometr olan, ölkənin ən gözəl yerlərindən keçən İsveçrə Qrand Turunu təqdim edib. Bu marşrutu həm elektromobildə, həm də qatarda həyata keçirmək olar. Ən yaxşısı isə 4 və ya 8 günlük “Swiss Travel Pass” ümumi biletini almaqdır. Səfər çərçivəsində turistlər əhalisi dörd dildə danışan regionlara gedə bilər, Alp dağlarının beş aşırımını keçə bilər, UNESCO-nun siyahısına düşən 12 obyekti, 2 qoruğu və 22 gölü görə bilərlər. Bu, İsveçrənin səyahət həvəskarlarına təklifinin yalnız kiçik bir hissəsidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvan Muxtar Respublikasının 7 yaşayış məntəqəsində minifutbol meydançaları yaradılacaq

“Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitədə daha 20 standart layihəyə baxılıb

® “AzInTelecom” “ICTWEEK Uzbekistan 2026”da rəqəmsal həllərini təqdim edib

Azərbaycan enerji və logistika imkanlarını birləşdirən sabit iqtisadi məkandır - ŞƏRH

Tufan Erhürman: Kipr probleminin həlli üçün “nəticəyə yönəlmiş danışıqlara” hazırıq

Azərbaycan idmançıları hapkido üzrə dünya birinciliyi və çempionatında 13 medal qazanıblar

Postmüharibə dövründə şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 30 min 700 şəxsin məşğulluğuna dəstək göstərilib

Avropanın təhlükəsizliyi gücləndirilir: Aİ beş hərbi layihəni təsdiqləyib

Azərbaycanın dağ-mədən və metallurgiya sənayesinin inkişafı qeyri-neft iqtisadiyyatına yeni imkanlar açır - ŞƏRH

Krakov şəhərində soydaşlarımıza səyyar konsulluq xidməti göstərilib

Biləsuvarda pambıq yığımına start verilib

® “Bakcell” İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

Alban xristian irsinin tanıtımında vətəndaş sektorunun rolu

Azərbaycan ən uğurlu inkişaf modelini seçib ŞƏRH

Rusiya ordusunun Dneprdəki biznes mərkəzinə hücumu zamanı 3 nəfər ölüb

Firdovsiyyə Əhmədova: Kilsə arxivlərinin Ermənistana verilməsi tarixi həqiqətlərin təhrifinə şərait yaradıb

Peskov: Ukrayna ilə bağlı danışıqların bərpası qərarı Rusiyanın maraqlarına əsaslanaraq veriləcək

Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət

İraq ABŞ qüvvələrinin Bağdaddakı əsas qərargahını təhvil alıb

Tarixçi-alim: Ermənilərin bu bölgələrə köçürülməsindən sonra Qafqaz Albaniyasının tarixi saxtalaşdırılıb

Çinli turist: Azərbaycanın palçıq vulkanlarını canlı görmək tamam fərqli və həyəcanvericidir

Qazaxıstanlı tədqiqatçılar MEK-in fondu ilə tanış olublar

Sarayevoda 27 Sentyabr - Anım Günü qeyd olunub

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Xəlvətiyyədən Gülşəniyyəyə: Seyid Yəhya Bakuvi irsinin davamı

Politoloq: Ermənilər xristianlıq amilindən istifadə etməklə saxta tarixlərini əsaslandırmağa çalışırlar

Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Şimali Kipr sahillərində batan gəmidə itkin düşmüş şəxslərin axtarışı zamanı iki cəsəd tapılıb

“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub

Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib

Ali təhsil və tədqiqat müəssisələrinin nümayəndələrinə SosialLab müsabiqəsinin şərtləri barədə məlumat verilib

Çin və ABŞ 60 milyard dollarlıq sövdələşmə barədə razılığa gəlib

Şəhid anası: Ən böyük əsərim oğlum Emil oldu

FAO və Xəzər Universiteti quduzluğun qarşısının alınmasında birgə səyləri gücləndirməyə çağırır

“Mançester Siti”nin maliyyə qaydalarının pozulması ilə bağlı işi illərlə davam edə bilər

Çin XİN: BMT-nin yeni Baş katibi səriştəli, qərəzsiz və dürüst olmalıdır

Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib

“Birinci Türkoloji Qurultay 100: tarixə nəzər” – yeni nəşr

Seyid Yəhya Bakuvi irsi - əsrlərin yaddaşına həkk olunan irfan məktəbi

Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır

Qripə qarşı peyvənd nə vaxt vurulmalıdır? – TƏBİB açıqlayır

Ukrayna ordusu Rusiyanın Krasnodar diyarında dörd neft bazasına zərbələr endirib

“Şərq memarlıq ənənələri və Əcəmi Naxçıvani” - elmi sessiya

“HÜRKUŞ-II” təlim təyyarələrinin ilk partiyası Türkiyə HHQ-ə təhvil verilib

Böyük Britaniya strateji hərbi layihələrdə xarici şirkətlərin iştirakını məhdudlaşdırır

Naxçıvan Muxtar Respublikasının təhsil naziri kollektivə təqdim olunub

“Turan” klubunun Çempionlar Liqasındakı ilk ev oyununun biletləri pulsuz olacaq

Azərbaycanın investisiya imkanları yeni mərhələdə - ŞƏRH

Sudan və Efiopiya üsyançı qüvvələri dəstəkləməkdə ittiham olunur

Kardioloq: Ürək-damar xəstəliklərinin qarşısının alınması üçün sağlam həyat tərzi və düzgün qidalanma vərdişləri vacibdir

AQTA-nın sədri sahibkarları dinləyəcək

® Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi

Türk İnvestisiya Fondu Almatı Beynəlxalq Hava Limanının modernləşdirilməsinə maliyyə vəsaiti ayırıb

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Böyük Qayıdış: Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Vətən müharibəsi şəhidləri Tallində yad edilib

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

® Qızıl payız fürsəti lombard kreditində aylıq cəmi 1 faizdən başlayır

Qazaxıstan nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında olub

Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub

Bu ilin ilk 8 ayında Palçıq Vulkanları Turizm Kompleksində 150 ölkədən 26 mindən çox turist olub

Avrokomissar üzv ölkələri enerji istehlakını azaltmağa çağırıb

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Yanvar-avqust aylarında 32 min 440 uşağa reabilitasiya xidmətləri göstərilib

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək VİDEO

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək VİDEO

Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır

Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək

Hesabat: TDT ölkələrinin ticarət həcmi 1,27 trilyon dollara çatıb

İsrail Niderlandın Fələstindəki nümayəndələrinin diplomatik statusunu ləğv edib

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları genişlənəcək - ŞƏRH

Bir əsri geridə qoyan ömür: Azərbaycanın ən yaşlı sakini Rubeydə Gülməmmədovanın həyat yolu

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Lalə Əliyeva: Nizami Gəncəvi mənəvi əbədilik qazanan elm, ürfan və poeziya günəşidir

Qazaxıstanda “Starlink Mobile” peyk mobil şəbəkəsi istifadəyə verilib

“Cahangirbəyli” stansiyasında indiyədək 45,6 milyon kilovat/saat enerji istehsal edilib

Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət edirlər

Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb

İnvestorlar nə üçün məhz Azərbaycanı seçirlər?

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb

Ekspert: İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin böyük iqtisadi potensialını göstərdi

Baş prokuror: Veteranlarla əməkdaşlığı davam etdirəcəyik

Azərbaycan komandası kibertəhlükəsizlik üzrə beynəlxalq yarışda uğur qazanıb

Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri - ŞƏRH

Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var

Finlandiya müdafiə naziri İsrail silahlarına üstünlük verdiyini bildirib

Lüksemburqda 27 Sentyabr - Anım Günü qeyd olunub

İşğalın ağır mirası: Azərbaycanın təbii sərvətləri necə talan edilib? - ŞƏRH

“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir

Gürcüstan Asiya İnfrastruktur İnvestisiya Bankı ilə Orta Dəhlizlə bağlı 158,5 milyon avroluq müqavilə imzalayıb

Türkiyə ildə 50 ton qızıl hasil edə bilər

Gənc Tamaşaçılar Teatrında “İnanıram” tamaşası nümayiş olunub

Sentyabrda Yaxın Şərq ölkələrinin neft ixracı fevraldan bəri ən yüksək göstəriciyə çatıb

DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək

“İki əsgər” Şuşa Dövlət Musiqili Dram Teatrında

Çin üç mühüm sahədə ABŞ ilə razılıq əldə etdiyini açıqlayıb

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 28 sentyabr