BAKIDAN GƏLƏN XİLASEDİCİLƏR AXTARIŞA BAŞLAYIBLAR
Lənkəran rayon Mərkəzi xəstəxanasının baş həkimi Nurəddin Qurbanovun verdiyi məlumata görə, xəstəxanaya 17 yaralı gətirilmişdir. Onlardan 2 nəfəri ambulator müalicə almış, 2 nəfər üzərində isə ağır cərrahiyyə əməliyyatı aparılmışdır. Son məlumatlara görə, qəza nəticəsində 6 nəfər həlak olmuşdur. Hazırda xəstəxanada 14 nəfər müalicə olunur.
Respublikanın səhiyyə naziri Əli İnsanov Lənkərana gəlmiş, xəstələrə baş çəkmişdir. Qəza yerində xilasetmə işləri davam etdirilir.