Bakının ticarət dövriyyəsi artıb
Bakı, 30 iyun, AZƏRTAC
Bu ilin yanvar-may aylarında Bakının ticarət dövriyyəsi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz artaraq 8 milyard 608,1 milyon manat olub.
AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz artaraq 4 milyard 130,2 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 0,2 faiz azalaraq 4 milyard 477,9 milyon manata bərabər olub. İstehlak məhsullarının 37,6 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 39,5 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 22,9 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.