Banqladeşdə COVID-19 səbəbindən ölüm sayında antirekord qeydə alınıb
Pekin, 2 iyul, AZƏRTAC
Banqladeşdə ötən sutka COVID-19 virusuna 8 min 301 yoluxma, bu infeksiya səbəbindən 143 ölüm qeydə alınıb.
AZƏRTAC Banqladeşin Səhiyyə Xidmətləri üzrə Baş İdarəsinin məlumatına istinadla xəbər verir ki, ötəngünkü ölüm sayı pandemiya dövründə sutkalıq antirekord olub. İndiyədək ölkədə bu virusa 921 mindən çox təsdiqlənmiş yoluxma qeydə alınıb, ümumi tələfat isə 14 min 646-ya çatıb.
Banqladeşdə ötən ayın ortalarından etibarən gündəlik yoluxma və ölüm sayında artım müşahidə olunur. Hökumət yoluxma sayını nəzarət altına almaq üçün iyulun 1-dən birhəftəlik sərt karantin rejiminə keçib. Hərbçilər karantin rejiminin icrasını təmin etmək üçün patrul xidmətinə başlayıb, yaşayış məntəqələrində postlar quraşdırılıb. Yalnız dövlət qurumlarının, təcili yardım və fövqəladə hallar xidmətinin avtomobillərinin hərəkətinə icazə verilir.
Qeyd edək ki, mütəxəssislər Banqladeşdə yoluxma hallarının çoxalmasının əsas səbəbini qonşu Hindistandan virus axını ilə əlaqələndirirlər.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:29]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]