Baş konsul: Yanğınlarda Azərbaycan vətəndaşlarının xəsarət alması barədə qaynar xəttimizə məlumat daxil olmayıb
Vaşinqton, 13 yanvar, AZƏRTAC
“Los-Anceles vilayətində baş vermiş meşə yanğınları zamanı Azərbaycan vətəndaşlarının xəsarət alması barədə Baş konsulluğun qaynar xəttinə məlumat daxil olmayıb”.
Bu sözləri AZƏRTAC-ın ABŞ bürosuna açıqlamasında Azərbaycanın Los-Anceles şəhərindəki baş konsulu Vüqar Qurbanov deyib. O bildirib ki, Baş konsulluq mütəmadi olaraq Azərbaycan vətəndaşlarının yanğınlar zamanı mümkün xəsarət alması ilə bağlı ABŞ tərəfinə məlumat sorğusu göndərir.
“13.01.2025-ci il tarixində yerli vaxtla səhər 9:30-a (Bakı vaxtı ilə 21:30) olan məlumata əsasən ABŞ tərəfindən Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat daxil olmayıb. Habelə, yanğından təxliyə edilmiş insanlar üçün təsis edilmiş sığınacaqlarda vətəndaşlarımız olarsa və onlara yardım tələb olunarsa, sığınacaqlardan Baş konsulluğa məlumat verilməsi gözlənilir”,- deyə baş konsul bildirib.
Azərbaycan vətəndaşlarından təcili konsulluq yardımına ehtiyacları olduğu halda +13109234540 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [16:30]
Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər
- 13.06.2026 [12:55]
Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO
- 13.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 13.06.2026 [11:22]
Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək
- 13.06.2026 [10:18]
İlin 5 ayı ərzində donor sayı 50 mindən artıq olub
- 13.06.2026 [10:15]
FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib
- 13.06.2026 [09:15]
Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]