Baş nazir Əli Əsədov Ukraynanın Baş nazirini Müstəqillik Günü münasibətilə təbrik edib
Bakı, 24 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Ukraynanın Baş naziri Denis Şmıqala ölkəsinin Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məktubda Azərbaycan və Ukrayna xalqları arasında əsrlərdən bəri davam edən dostluq və əməkdaşlıq ənənələrinin mövcud olduğu vurğulanıb. Qeyd olunub ki, məhz bu möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur.
Azərbaycan-Ukrayna ənənəvi dostluq münasibətlərinin və səmərəli əməkdaşlığının xalqlarımızın və ölkələrimizin mənafelərinə uyğun olaraq bundan sonra da müvəffəqiyyətlə inkişaf edəcəyinə və genişlənəcəyinə əminlik ifadə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:36]
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO
- 29.09.2026 [14:16]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 29 sentyabr
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 29.09.2026 [02:24]
Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO
- 29.09.2026 [01:12]