BBVB-NİN VALYUTA BÖLMƏSİNDƏ HƏRRACLARIN HƏCMİ REKORD HƏDDƏ ÇATMIŞDIR
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Elektron Hərracları Birja Sistemində (EHBS) avqustun 8-də qeydə alınan əqdlərin ümumi həcmi ilk dəfə 71,766 milyon manata, yaxud 80,9 milyon dollara çatmışdır. Hərraclarda 8 bank iştirak etmiş, 6 əqd qeydə alınmışdır. Səhər və gündüz ticarət sessiyalarının yekunlarına əsasən, Azərbaycan manatının məzənnəsi artaraq, 1 ABŞ dolları üçün 0,8876 manatdan 0,8871 manata çatmışdır.
Avqustun əvvəlindən BBVB-nin valyuta bölməsində hərracların həcmi 115 milyon dolları ötmüşdür ki, bu da iyul ayındakı hərracların həcminin 92,4 faizinə bərabərdir. Bu il EHBS sistemində ümumən 690 milyon dollar məbləğində 600 əqd qeydə alınmışdır ki, bu da BBVB-nin valyuta bölməsində ötənilki hərracların həcminin, əslində, 85 faizini təşkil edir. Hərracların həcminin artması xarici valyuta təklifi həcminin üstünlüyü və birja valyuta bazarında manatın satış qabiliyyətinin xeyli artması ilə bağlıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:03]
Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub
- 15.10.2026 [17:02]