Bəhlul Mustafazadə: Önəmli olan bizim Fransa yığmasına qarşı necə reaksiya verməyimizdir
Bakı, 9 oktyabr, AZƏRTAC
“Rəqib haqqında geniş danışmağa ehtiyac yoxdur”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan millisinin müdafiəçisi Bəhlul Mustafazadə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində səfərdə Fransa ilə keçirəcəkləri oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.
O, sözlərinə belə davam edib: “Önəmli olan bizim Fransa yığmasına qarşı necə reaksiya verməyimizdir. Bu gün son məşqimizi keçəcəyik və sabah meydanın hər qarışı uğrunda mübarizə aparacağıq. Komanda yoldaşlarımızla oyun barədə söhbətlərimiz olur, kollektiv şəkildə matça hazırlaşırıq. Sabah yaxşı mübarizə aparmağa çalışacağıq”.
Qeyd edək ki, oktyabrın 10-da “Park de Prens” stadionunda keçiriləcək Fransa - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]
“Parma” baş məşqçisi ilə yollarını ayırıb
- 28.09.2026 [14:46]