BENİLÜKS AZƏRBAYCANLILARI KONQRESİNİN QURULTAYI KEÇİRİLƏCƏKDİR
Paris, 9 fevral (AZƏRTAC). Mərkəzi ofisi Amsterdamda yerləşən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) mətbuat xidmətindən bildirmişlər ki, yarandığı gündən ölkəmizlə bağlı həqiqətlərin, Xocalı faciəsinin və digər hadisələrin Benilüks məkanında geniş təbliğində həmişə fərqlənən qurumun ikinci qurultayı martın 7-də Niderland Krallığının paytaxtı Amsterdamda keçiriləcəkdir.
BAK-ın Nizamnaməsinə əsasən, iki ildən bir keçirilməsi nəzərdə tutulmuş qurultayda idarə heyətinin və konqresin nəzdində fəaliyyət göstərən komissiyaların hesabatı dinləniləcək, idarə heyətinin yeni tərkibi seçiləcək və qarşıda duran vəzifələr müəyyənləşdiriləcəkdir.
Qurultayın işində Benilüks ölkələrindəki Azərbaycan və Türkiyə cəmiyyət və təşkilatlarının nümayəndələri, Avropadakı Azərbaycan diasporunun tanınmış simaları, diplomatik korpusların rəhbərləri və əməkdaşları, yerli siyasi partiyaların nümayəndələri və digər qonaqlar iştirak edəcəklər.
Qurultayda Milli Məclisin bəzi deputatlarının, bir sıra rəsmi şəxslərin, mətbuat nümayəndələrinin və incəsənət ustalarının iştirakı da nəzərdə tutulmuşdur.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:48]
Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir
- 06.06.2026 [14:54]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]