Benilüks Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Cənubi Qafqaz üzrə Avropa Demokratiya Fondu təsis edilmişdir
Paris, 12 dekabr (AZƏRTAC). Mərkəzi ofisi Amsterdamda yerləşən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Cənubi Qafqazda aparıcı dövlətə çevrilən Azərbaycanda baş verən mühüm hadisələri, ölkəmizlə bağlı həqiqətləri Benilüks ölkələrinə çatdırmaq istiqamətində fəaliyyət göstərən BAK-ın təşkilatçılığı və dəstəyi ilə Cənubi Qafqaz üzrə “Avropa Demokratiya və İnsan Haqları Fondu” təsis edilmişdir. Benilüks Azərbaycanlıları Konqresinin beynəlxalq layihələrinin davamı olan, soydaşlarımızın hüquqlarını müdafiəsi, demokratik dəyərlərə yiyələnməsi məqsədi ilə yaradılan fondun Avropa təsisatları və beynəlxalq insan haqları təşkilatları ilə sıx əməkdaşlığı nəzərdə tutulur.
Fond Niderland Krallığının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş və onun Bakı ofisi fəaliyyətə başlamışdır.
Xatırladaq ki, Benilüks Azərbaycanlıları Konqresinin bir müddət əvvəl Brüsseldə təsis etdiyi “Lobbiçilik qrupu“ da artıq Avropa Parlamentində akkreditasiya olunmuşdur.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]