Berlində 9 May - Qələbə Günü münasibətilə mərasim keçirilib
Berlin, 9 may, AZƏRTAC
Mayın 9-da Berlin şəhərində Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 72-ci ildönümünə həsr olunmuş bayram tədbirləri keçirilib. Tədbirlərdə Almaniya Federativ Respublikası hökumətinin, ölkədə akkreditə olunmuş diplomatik korpusun və kütləvi informasiya vasitələrinin nümayəndələri, eləcə də müharibə veteranları iştirak ediblər.
Mərasim iştirakçıları Berlin şəhəri uğrunda getmiş döyüşlərdə həlak olmuş azərbaycanlı əsgər və zabitlərin də dəfn olunduğu Treptov parkında sovet əsgərlərinin şərəfinə ucaldılmış “Xilaskar əsgər” abidəsini və Tirqarten parkında dəfn edilmiş sovet əsgərlərinin məzarlarını ziyarət edərək əklillər qoyublar.
Azərbaycanın Almaniya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov, səfirliyin əməkdaşları və hərbi attaşesi tədbirlərdə iştirak ediblər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin