BEYNƏLXALQ ŞAHMAT TURNİRİNİN AÇILIŞ MƏRASİMİ OLMUŞDUR
Bakı, 7 may (AZƏRTAC). ÜNS yaradıcılıq səhnəsində ümummilli lider Heydər Əliyevin 86-cı ildönümünə həsr olunmuş “Prezident kuboku” şahmat turnirinin açılış mərasimi olmuşdur.
Tədbirdə Azərbaycan cənclər və idman naziri Azad Rəhimov, Respublika Şahmat Federasiyasının prezidenti, Mərkəzi Bankın idarə heyətinin sədri Elman Rüstəmov, Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlyumjinov çıxış etmiş, son vaxtlar ölkəmizdə şahmatın inkişafından danışmış, idmançılara uğurlar arzulamışlar.
Dünya çempionu Vişvanatan Ananda Rusiyanın “64 şahmat icmalı” jurnalının “Oskar” mükafatı təqdim olunduqdan sonra turnirin püşkatma mərasimi keçirilmişdir.
Püşkatmada yarışın baş hakimi Faiq Həsənov, dünya yığmasının kapitanı Vişvanatan Anand, milli komandamızdan isə Teymur Rəcəbov iştirak etmişlər. Püşkün nəticəsinə görə bugünkü turda ağ fiqurlarla Azərbaycan, qaralarla isə rəqib komanda oynayacaqdır. İlk turda Teymur Rəcəbov Vişvanatan Anandla (Hindistan), Vüqar Həşimov Vladimir Kramniklə (Rusiya), Şəhriyar Məmmədyarov Aleksey Şirovla (İspaniya), Qədir Hüseynov isə Sergey Karyakinlə (Ukrayna) mübarizə aparırlar.
######
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]

