Beynəlxalq sərgidə Azərbaycanın turizm potensialı xüsusi pavilyonda nümayiş olunacaqdır
Bakı, 7 fevral (AZƏRTAC). Azərbaycan fevralın 10-dan 13-dək Türkiyədə keçiriləcək Beynəlxalq turizm sərgisində təmsil olunacaqdır.
Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, İstanbulda hər il keçirilən EMİT sərgisində ölkəmizin turizm potensialı bu dəfə də 60 kvadratmetrlik pavilyonda nümayiş etdiriləcəkdir.
Sərgidə Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının və ölkəmizdə fəaliyyət göstərən bir neçə turizm şirkətinin təmsilçiləri iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]