BEYRUTDA ƏRƏB ÖLKƏLƏRİ XİN BAŞÇILARININ FÖVQƏLADƏ GÖRÜŞÜ KEÇİRİLƏCƏK
Misir xarici siyasət idarəsinin başçısı Əhməd Abu əl-Geyt Livan paytaxtında bu cür görüş keçirilməsinin mümkünlüyü barədə öz ərəb həmkarları ilə əlaqə saxlamış və onlara Beyruta bir təyyrədə getməyi təklif etmişdir.
XİN-in rəsmi nümayəndəsi bildirmişdir ki, Misir Livan xalqının dəstəklənməsinə və Livanın bu ağır günlərində bütün ərəb dövlətlərinin onunla həmrəy olduqlarını ifadə etməsinə çalışır. Qahirə də Beyrutda görüş keçirmək təşəbbüsünü bu səylər çərçivəsində irəli sürmüşdür.
Onun sözlərinə görə, Beyrut görüşü “Livanda hərbi əməliyyatların dayandırılması məqsədilə beynəlxalq birliyə ərəb ölkələrinin təzyiqini gücləndirməyə və regionda gərginləşmiş münaqişənin siyasi yolla həllinə nail olmağa” yönəldilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:03]
Çinin xarici ticarətinin barometri olan Kanton sərgisi başlayıb
- 15.10.2026 [15:43]
Qırğızıstanda neft məhsullarının istehsalı 1,9 dəfə artıb
- 15.10.2026 [15:25]