Bişkekdə Xocalı faciəsi qurbanlarının xatirəsi anılmışdır
Bişkek, 28 fevral (AZƏRTAC). Azərbaycanın Qırğızıstandakı səfirliyi Xocalı faciəsinin 19-cu ildönümü ilə əlaqədar anma mərasimi keçirmişdir.
Tədbirdə Bişkekdə yaşayan azərbaycan diasporunun üzvləri, paytaxtın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr, ictimaiyyət nümayəndələri, jurnalistlər iştirak etmişlər.
Xocalı faciəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Azərbaycanın Qırğızıstandakı səfiri Arif Ağayev Xocalı faciəsi, ermənilərin əsrlərlə davam edən torpaq iddiaları, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələlərində ölkəmizin mövqeyindən danışmış, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kompaniyası haqqında məlumat vermişdir.
Mərasimdə çıxış edənlər beynəlxalq ictimaiyyətin Xocalı faciəsinə hüquqi qiymət verməsinin vacibliyini vurğulamışlar.
İştirakçılar faciə ilə əlaqədar foto və kitablardan ibarət sərgiyə də baxmışlar.
Qırğızıstanın dövlət qurumlarına, səfirlik və beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı kitab, broşür və mətbuat açıqcaları göndərilmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]