BMT Təhlükəsizlik Şurasının iclası ABŞ-da baş verən zəlzələyə görə dayandırılıb
Bakı, 5 aprel, AZƏRTAC
BMT Təhlükəsizlik Şurasının Nyu-Yorkda keçirilən iclası zəlzələ səbəbindən bir müddət dayandırılıb. İclas aprelin 5-də BMT-nin yutub kanalında yayımlanıb.
AZƏRTAC xəbər verir ki, Təhlükəsizlik Şurasının palatasında çıxış edənlər və jurnalistlər yerli vaxtla saat 10:20-də yeraltı təkanlar hiss ediblər. Bundan sonra iclas yarımçıq kəsilib və daha sonra davam etdirilib.
Nyu-York hakimiyyəti sakinləri təşvişə düşməməyə və evlərini tərk etməməyə çağırıb.
Hazırda Nyu-York şəhərinin nəqliyyat sistemində hər hansı nasazlıq barədə məlumat yoxdur. Con Kennedi Beynəlxalq Hava Limanı işini normal rejimdə davam etdirir.
Qeyd edək ki, Nyu-Yorkdan 40 mil qərbdə, Nyu-Cersi ştatında 4,8 bal gücündə zəlzələ qeydə alınıb. İtki və fəsadlar barədə məlumat yoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:45]
Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib
- 15.10.2026 [16:03]