Bosniya və Herseqovinada aeroportların fəaliyyəti dayandırılır
Sarayevo, 26 mart, AZƏRTAC
Bosniya və Herseqovina martın 30-dan etibarən ölkədəki aeroportların fəaliyyətini dayandıracaq.
AZƏRTAC xəbər verir ki, bunlar Sarayevo, Banya-Luka, Tuzla və Mostar şəhərlərindəki kommersiya məqsədli aeroportlardır. Səbəb ölkədə koronavirusun yayılmasının qarşısını almaqdır.
Bununla da keçmiş Yuqoslaviya ölkələri arasında yalnız Xorvatiyada kommersiya məqsədli (yəni, sərnişindaşıma) uçuşlar davam etdiriləcək. Sloveniya isə Lyublyana Beynəlxalq Hava Limanının fəaliyyətini martın 30-da bərpa etməyi planlaşdırsa da, bu müddətin uzadılma ehtimalı böyükdür.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]
AI bumu fonunda retrokompüterlərə maraq artır
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]