Böyük Britaniya Ukraynada mümkün sülhməramlı qüvvə planlarını sürətləndirəcək
London, 22 mart, AZƏRTAC
Böyük Britaniya gələn həftə Ukraynada mümkün sülhməramlı qüvvələrinin yaradılması ilə bağlı planları sürətləndirməyi planlaşdırır.
AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, bu barədə Baş nazir Kir Starmerin sözçüsü məlumat verib. Bildirilib ki, Londondakı “Northwood” hərbi bazasında yerləşən Britaniya hərbi planlaşdırıcıları gələn həftə bir araya gələrək sülhməramlı qüvvələrin necə fəaliyyət göstərə biləcəyi və onun strukturu ilə bağlı müzakirələr aparacaqlar.
“Biz daha dərindən təhlillər apararaq, növbəti görüşlərlə əməliyyat planlaşdırılmasının sürətini və miqyasını artırmağa davam edəcəyik”,- deyə Baş nazirin sözçüsü vurğulayıb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:44]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:36]
Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb
- 28.09.2026 [19:19]
La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib
- 28.09.2026 [18:45]
Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb
- 28.09.2026 [18:07]