Böyük və Kiçik Qafqaz çaylarında ongünlük normadan artıq sululuq müşahidə olunur
Bakı, 19 oktyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük və Kiçik Qafqaz çaylarında ongünlük normaya yaxın və normadan yüksək sululuq (ongünlük normanın 90-150 faizi), Lənkəran-Astara bölgəsi çaylarında isə normadan aşağı sululuq (ongünlük normanın 20-45 faizi) müşahidə olunur.
ETSN-dən AZƏRTAC-a bildirilmişdir ki, Kür çayının Qıraqkəsəmən məntəqəsində hazırda su sərfi 245 kubmetr/saniyə (ongünlük normanın 145 faizi) təşkil edir.
Qanıx çayının Əyriçay məntəqəsində hazırda su sərfi 112 kubmetr/saniyə (ongünlük normanın 105 faizi) təşkil edir.
Kür çayının aşağı axınında suyun səviyyəsində kəskin dəyişiklik müşahidə olunmur. Belə ki, Surra məntəqəsində suyun hazırkı səviyyəsi 440 santimetr (2010-cu il mayın 21-də maksimal səviyyə 955 santimetr), Şirvanda 355 santimetr (2010-cu il mayın 18-də maksimal səviyyə 853 santimetr), Bankədə 252 santimetr (2010-cu il mayın 18-də maksimal səviyyə 503 santimetr), Salyanda 393 santimetr (2010-cu il mayın 18-də maksimal səviyyə 855 santimetr), Araz çayının Novruzlu məntəqəsində isə 212 santimetr (2010-cu il mayın 21-də maksimal səviyyə 734 santimetr ) təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub
- 11.06.2026 [17:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 11.06.2026 [12:46]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]