Braziliyanın futbol yığması dünyada ən bahalı heyətdir
Bakı, 18 noyabr, AZƏRTAC
Braziliyanın futbol yığması oyunçuların transfer qiyməti baxımından, Rusiyada keçiriləcək “DÇ-2018”də ən bahalı iştirakçı komanda olacaq.
AZƏRTAC “Transfermarkt” saytına istinadla xəbər verir ki, Braziliya yığmasının beşqat dünya çempionu olan futbolçularının ümumi qiyməti 671,5 milyon avrodur. İlk beşliyə, həmçinin İspaniya (643,5 milyon), Almaniya, Fransa (hər biri 636,5 milyon) və Argentina (528,5 milyon) daxildir.
Hazırda Avropa çempionu olan Portuqaliya yığması reytinqdə doqquzuncu yerdədir. “DÇ-2018”də ən ucuz komandalar Kosta-Rika (21,8 milyon), Səudiyyə Ərəbistanı (18,83 milyon) və Panama (5,25 milyon) yığmalarıdır.
Rusiya ərazisində tarixdə ilk dünya çempionatı 2018-ci il iyunun 14-dən iyulun 15-dək keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]