Britaniya hərbi bazasına hücum planlaşdıran şəxs 37 il müddətinə həbs edilib
London, 22 mart, AZƏRTAC
Böyük Britaniyada hava qüvvələri bazasına evdə düzəltdiyi bomba ilə hücum etməyi planlaşdıran şəxs 37 il həbs cəzasına məhkum edilib.
AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, 29 yaşlı Məhəmməd Faruq fişənglərdən əldə etdiyi partlayıcı maddələrlə evdə bomba hazırlayıb və İngiltərənin şimalında yerləşən “RAF Menwith Hill” hərbi bazasını hədəf seçib. Lakin o, cihazı baza ətrafındakı güclü mühafizə baryerindən yaxın məsafədə partlatmağın mümkün olmadığını anlayaraq, daha zəif qorunan hədəfə yönəlib.
Faruq 2023-cü ilin yanvarında Lids şəhərindəki hospitalın qarşısında polis tərəfindən saxlanılıb. Həbs edilərkən onun üzərində təxminən 10 kq partlayıcı maddə aşkarlanıb.
Bu gün keçirilən məhkəmə zamanı hakim qeyd edib ki, Faruq yalnız 37 il həbsxanada qaldıqdan sonra şərti azadlığa buraxılmaq hüququ əldə edə biləcək.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:44]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:36]
Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb
- 28.09.2026 [19:19]
La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib
- 28.09.2026 [18:45]
Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb
- 28.09.2026 [18:07]