BRÜSSEL SİQARETÇƏKƏNLƏRİN ƏMƏK HÜQUQUNU MƏHDUDLAŞDIRIR
AZƏRTAC Frans Press Agentliyinə istinadla xəbər verir ki, siqaretçəkəni işə qəbul etməyən Avropa sahibkarı qanunu pozmur. Bu bəyanatla Avropa Komissiyasının nümayəndələri çıxış etmişlər. Həmin problemi qaldırmağa səbəb İrlandiya şirkətlərindən birinin vakansiya haqqında elanında “Siqaretçəkənlərin narahat etməməsi xahiş olunur” sözləri yazılmasıdır.
Məşğulluq, sosial siyasət və bərabər imkanlar məsələləri üzrə Avropa komissarı Vladimir Şpidla xatırlatmışdır ki, Avropa İttifaqının qanunları bəzi əlamətlərə - cinsə, seksual oriyentasiyaya və dini mənsubiyyətə görə ayrı-seçkiliyi qadağan edir. Lakin siqaretçəkənlərin işə götürülməməsi mövcud qanunlardan heç birini pozmur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:45]
Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib
- 15.10.2026 [16:03]