Brüsseldə Benilüks Azərbaycanlıları Konqresinin mənzil-qərargahının açılışı olmuşdur
Bakı, 30 may (AZƏRTAC). Brüssel şəhərində Benilüks Azərbaycanlıları Konqresinin (BAK) mənzil-qərargahının açılışı olmuşdur.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, Brüsselin məşhur “Qrand Plaza” Meydanı dairəsində yerləşən mənzil-qərargahın açılış mərasimində bu şəhərdə akkreditə olunmuş diplomatlar, ictimai-siyasi xadimlər, Azərbaycan, türk, Ukrayna və yəhudi diaspor təşkilatlarının rəhbərləri, mətbuat nümayəndələri iştirak etmişlər.
Benilüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov təşkilat üzvlərini qurumun Brüsseldəki mənzil-qərargahının açılışı münasibətilə təbrik etmişdir. O, təşkilatın bundan sonra Belçika və Lüksemburqda da aktiv fəaliyyət göstərəcəyini vurğulamışdır.
Mərasimdə çıxış edən Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov təşkilatın üzvlərini əldə edilmiş nailiyyətlərə görə təbrik etmişdir. O, BAK-ın lobbiçilik fəaliyyətində uğurlu addımlarını xüsusi vurğulamışdır.
İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqındakı nümayəndəliyinin rəhbəri Arif Məmmədov BAK-ın rəhbərliyini və üzvlərini təbrik etmiş, qurumun Avropa İttifaqı ölkələrindəki fəaliyyətindən danışmış, onlara uğurlar arzulamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:48]
Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir
- 06.06.2026 [14:54]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]