Brüsseldə Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunmuşdur
Bakı, 17 dekabr (AZƏRTAC). Brüsseldə fəaliyyət göstərən Avropada Azərbaycanlı Təcrübəçilər Təşkilatı tərəfindən Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) sponsorluğu ilə keçirilən tədbirdə ölkəmizin Belçika Krallığı, Lüksemburq Böyük Hersoqluğu və Avropa İttifaqı yanında nümayəndəliyinin, NATO yanında nümayəndəliyinin, həmçinin ARDNŞ-in Belçika nümayəndəliyinin əməkdaşları, Avropa Parlamentində və digər beynəlxalq qurumlarda təcrübə keçən azərbaycanlı gənclər, eləcə də Belçikada təhsil alan azərbaycanlı tələbələrimiz iştirak etmişlər.
Tədbirdə Avropa Parlamentinin sabiq üzvü Frank Şvalba-Hot da iştirak etmişdir. Azərbaycanlı gənclər tədbir çərçivəsində diplomatlarla yaxından tanış olmaq, Belçikada təhsil və iş təcrübəsi ilə bağlı fikirlərini paylaşmaq imkanı qazanmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]