Bu gün çimərlik həndbolu üzrə ikinci Azərbaycan çempionatında qalib və mükafatçılar müəyyənləşəcək
Bakı, 20 avqust, AZƏRTAC
Avqustun 20-də Bakı Su İdmanı Sarayında çimərlik həndbolu üzrə ikinci Azərbaycan çempionatına yekun vurulacaq.
AZƏRTAC xəbər verir ki, final oyunlarından əvvəl saat 12:30-da Avropa Həndbol Federasiyası (EHF) və Azərbaycan Həndbol Federasiyasının təşkilatçılığı ilə çimərlik həndboluna dair seminar keçiriləcək. Seminar bitdikdən sonra yarışlara start veriləcək. Günün ilk matçında saat 16:30-da kişi həndbolçulardan ibarət Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin təmsilçiləri “Bakı” komandası ilə üz-üzə gələcək. Digər oyun isə “Məhsul” - “Təhsil” qarşılaşması olacaq.
Kişilər arasında yarışlardan sonra saat 18:00-da qadın həndbolçular meydana çıxacaqlar. “İdman Akademiyası” - “Azəryol-1”, “Azərsu” - “Azəryol-2”, “Nur” - “Qarabağ” görüşlərindən sonra qalib və mükafatçıların adları məlum olacaq.
Son yarış günü qadınlar arasında üç, kişilər arasında iki matç olmaqla, ümumilikdə, beş oyun keçiriləcək.
Saat 20:00-da isə qaliblərin mükafatlandırılması və yarışın bağlanış mərasimi baş tutacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]