Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bu gün Xalq artisti Həqiqət Rzayevanın doğum günüdür

Bu gün Xalq artisti Həqiqət Rzayevanın doğum günüdür

Bakı, 20 may, AZƏRTAC

Ötən yüzilliyin birinci yarısında musiqimizin inkişafında, təbliğində böyük xidmətlər göstərmiş bir çox fədakar qadın müğənnilərimiz olub. Musiqisevərlər tərəfindən adları ehtiramla yad edilən Cahan Talışinskaya, Sürəyya Qacar, Münəvvər və Yavər Kələntərli bacıları, çətinliklə də olsa, Azərbaycan qadınının yüksək istedada, böyük mənəvi gücə qadir olduğunu göstəriblər. Bu sənət fədailəri arasında görkəmli müğənni, pedaqoq, Xalq artisti Həqiqət Rzayevanın xüsusi yeri var.

AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan səhnəsində çıxış edən ilk qadın müğənnilərdən olan Həqiqət Rzayevanın anadan olmasından 118 il ötür. Hər il bu təqvimdə xalqımız öz böyük sənətkarını xatırlayır, onun çəkildiyi filmlər televiziya vasitəsilə göstərilir.

Onun yaradıcılığının milli musiqi sənətimizin inkişafında müstəsna yeri var. 2007-ci ildə bu böyük sənətkarın anadan olmasının 100 illiyi ilə bağlı Prezident Sərəncamında “Azərbaycan səhnəsində çıxış edən ilk azərbaycanlı qadın müğənni, milli musiqinin inkişafına töhfələr vermiş” bir sənətkar kimi xarakterizə olunub.

Həqiqət xanımı xatırlayarkən milli musiqimizin keçdiyi tarixi yola nəzər salmaq vacibdir. Bu musiqini yaşadan insanlar - Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Qurban Pirimov və başqaları, ilk növbədə, yada düşür. O insanlar ki, Həqiqət xanım onlardan dərs alıb, muğamlarımızı, xalq mahnılarımızı öyrənib. Onun səsindəki məlahət ilk görüşdən bu sənətçilərin diqqətini çəkib və Həqiqət xanım qısa müddət içərisində məşhurlaşıb. Əsl adı Süsən idi, Həqiqət adını isə sonradan götürüb. Soyadı isə Əliyeva idi. Rejissor Hüseyn Rzayevlə ailə qurduqdan sonra onun soyadını daşıyıb.

Həqiqət Rzayeva 1907-ci ildə Azərbaycanın dilbər guşələrindən olan Lənkəranda dünyaya göz açıb. İlk təhsilini Lənkərandakı Qızlar məktəbində alan Həqiqət xanım müəllim olmağı arzulayırdı, amma elə uşaqlıqdan valideynləri onda gözəl səs olduğunu hiss ediblər. 1923-cü ildə onun ilk arzusu reallaşıb. Belə ki, həmin il Həqiqət xanım Bakı Pedaqoji Texnikumuna daxil olub. Məktəbin dram dərnəyinə üzv yazılıb. Mahnılar oxuyur, səhnə əsərlərində oynayırdı. Bakıda elə həmin vaxtlar “Damğa” adlı satirik teatrın açılması onun da həyatını dəyişib və Həqiqət xanım həmin teatrda işləməyə başlayıb. Beləliklə, o, öz sənət yolunu müəyyənləşdirib və Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. 1928-1932-ci illərdə Konservatoriyanın muğam şöbəsində təhsil alan H.Rzayeva burada böyük sənətkarlarla qarşılaşır.

Həqiqət xanım gələcəkdə opera müğənnisi olacağını heç ağlına da gətirməzdi. Amma Üzeyir bəylə tanışlığı onun taleyində çox böyük rol oynadı. Üstəlik, bəstəkar Müslüm Maqomayevdən “Şah İsmayıl” operasına dəvət alması 20 yaşlı Həqiqət xanımın həyatında yeni dövrün başlanğıcını qoydu. Ərəbzəngi rolu çox məsuliyyətli idi. Həqiqət Rzayeva bu obrazın üzərində çox işlədi və “Şah İsmayıl” operası böyük müvəffəqiyyətlə nümayiş etdirildi. Onun ifası gözəl alınmışdı. Bu hadisə mətbuatda “inqilab” kimi qiymətləndirilirdi və Həqiqət xanımın gələcəyinə böyük ümid ifadə olunurdu. Beləliklə, nəhayət, Ərəbzənginin ilk qadın ifaçısı “kəşf” olundu, Həqiqət Rzayeva sonralar 500 dəfədən çox bu rolu oynadı. Onun tamaşalarına böyük maraq var idi. Həmişə Opera Teatrının səhnəsi tamaşaçı ilə dolu olardı.

1927-1952-ci illərdə Opera və Balet Teatrının solisti, muğam və xalq mahnılarımızın ifaçısı kimi tanınır. Ərəbzəngi (“Şah İsmayıl” - Müslüm Maqomayev), Leyli, Əsli, Telli (“Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Arşın mal alan” - Üzeyir Hacıbəyli), Şahsənəm (“Aşıq Qərib” - Zülfüqar Hacıbəyov) onun yaratdığı əsas səhnə obrazlarıdır.

Leylini də böyük istedadla ifa edib. Deyilənə görə, bu rolu min dəfədən artıq səhnədə canlandırıb. Amma əfsuslar olsun ki, həmin tamaşaların heç birinin lent yazısı qalmayıb. Ən əsası o idi ki, onun məlahətli səsi obrazı tamamlayıb. Məhz ondan sonra Leylinin Azərbaycanda yeni-yeni ifaçıları yetişib.

Həqiqət xanım milli opera sənətimizin əsl ulduzu idi. Onun opera səhnəsindəki xidmətləri yüksək qiymətləndirilib, dəfələrlə orden, medallarla təltif olunub, “Xalq artisti” fəxri adına layiq görülüb.

Həqiqət Rzayevanın kino fəaliyyətinə gəldikdə isə o, çox az filmdə çəkilib. “Ögey ana” filmində Qəmər xala obrazını oynayıb. Qəmər xala filmdə mənfi obrazdır. O, kürəkəni Arifin İsmayıla ögey ana gətirməyini qəti surətdə rədd edir və filmin sonuna kimi Dilarənin yaxşı bir ana olacağına şübhə ilə yanaşır. Hətta onun filmdə işlətdiyi “Mən ölü, sən diri. Bundan İsmayıla ana olmayacaq. Yad qızından ana olmayıb, olmayacaq” sitatı yaddaşlara həkk olunub.

Həm də pedaqoji fəaliyyətlə məşğul olan Həqiqət xanım uzun illər Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində dərs deyib, Opera və Balet Teatrında məşqçi-pedaqoq kimi fəaliyyət göstərib.

İkinci Dünya müharibəsi illərində Azərbaycanın incəsənət ustaları ilə dəfələrlə cəbhədə döyüşçülər qarşısında çıxış edib, səsi ilə əsgərləri qələbəyə ruhlandırıb. O, ömrünü bütövlükdə musiqi sənətimizin, milli operamızın inkişafına həsr edib. Yaratdığı rollar opera sənətimizin tarixində silinməz izlər qoyub.

Həqiqət Rzayeva 1969-cu il avqustun 2-də 62 yaşında dünyasını dəyişib. O, bəstəkar Azər və Həsən Rzayevlərin anasıdır.

Bu böyük sənətkarın xatirəsi xalqımızın yaddaşından heç vaxt silinməyəcək, gələcək nəsillər onu böyük hörmət və məhəbbətlə xatırlayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

TDT-nin Baş katibi: Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq genişlənir

Mina qurbanlarına aid fotolar Avropanın bir sıra şəhərində sərgilənəcək

Azərbaycanın voleybol yığmaları bu gün növbəti oyunlarına çıxacaqlar

Pedaqoji Universitetdə XI Beynəlxalq Təhsil və İnnovativ Elmlər Konqresi keçirilir

Bakıda akrobatika gimnastikası üzrə Dünya Kubokuna start verilir

Cəmil Əliyev: Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresi mühüm platforma rolunu oynayacaq

Milli Məclisin növbəti plenar iclası keçirilir

İyunun 13-ü Beynəlxalq Albinizm haqqında Maarifləndirmə Günüdür

FHN tərəfindən daha bir qanunsuz tikili sökülüb

Beynəlxalq axtarışda olan şəxs Bosniya və Herseqovinada tutularaq Azərbaycana ekstradisiya edilib

Prezident İlham Əliyev: Azərbaycanın səhiyyə sistemi bu gün yüksək hazırlıqlı kadr potensialına malikdir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanılıb

Növbəti sosial islahat paketi çərçivəsində müavinət və təqaüdlərin artırılmasına dair brifinq keçirilir

Türkiyə ilə sosial xidmətlər sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

AMEA ilə “UI GreenMetric” Dünya Universitetləri reytinq təşkilatı arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Tanınmış kaman ustası Tələt Bakıxanovun anadan olmasından 98 il ötür

“Honkonq Hava Yolları” zəlzələ şayiəsinə görə Yaponiyaya uçuşları təxirə salıb

Azərbaycan I Liqasında ötən mövsüm ən çox tamaşaçı toplayan klub bəlli olub

Teymur Musayev: Azərbaycanda onkoloji xəstəliklərin statistik göstəriciləri müsbət dinamikadan xəbər verir

Azərbaycana məxsus “Murovdağ” gəmisi Cənubi Amerikadan Afrikaya yük aparıb

® Əlavə avadanlıq olmadan telefonla peşəkar fotoşəkillər necə çəkilir?

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin onkoloqlarının Birinci Konqresinin iştirakçılarına

Azərbaycan Universitetində “Diplomatik masa” simulyasiya çempionatı keçirilib

Plastik çirklənməyə son qoyulması üzrə qlobal müqavilə imzalanacaq

Bakıda Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresi işə başlayıb – YENİLƏNİB

Baş nazir Ünal Üstel: Azərbaycanın bizə verdiyi xüsusi dəstək sayəsində Şimali Kipr TDT-yə müşahidəçi üzv oldu - MÜSAHİBƏ

Azərbaycanın 3 cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna bir sıra dəyişikliklər təklif edilir

Gömrük Məcəlləsinə dəyişiklik edilir

Dünya bazarında qızıl 42 dollaradək bahalaşıb

Dünya birjalarında neft bahalaşıb

® Təhlükəsiz taksi səfəri hər kəsin hüququdur

Bakıda “Kənddən şəhərə” yarmarkası keçiriləcək

Naxçıvanda qadın adları ilə saxta profillər yaradaraq vətəndaşları aldadan şəxs saxlanılıb

İdxal olunan duz məhsullarında uyğunsuzluq aşkarlanıb

Abşeron rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

“Azeri Light” markalı neftin qiyməti 73 dolları ötüb

Tramp: ABŞ İranla nüvə danışıqlarının davam edəcəyini gözləyir

Qazaxda daha bir avtomobil yoluna asfalt örtüyü çəkilir

BMT Baş Assambleyası Qəzza zolağında daimi atəşkəsə çağıran qətnamə qəbul edib

Maykl Duqlas Karlovı Varı Beynəlxalq Kinofestivalına gələcək

Bakıda bir sıra yollarda sıxlıq müşahidə olunur - SİYAHI

“Tesla” Romada avtonom idarəetmənin sınaqlarına başlayıb

“Aid İndia” şirkətinin qəzaya uğrayan təyyarəsinin “qara qutu”larından biri tapılıb

AZAL Yaxın Şərqdə baş verən son hadisələrlə əlaqədar bir neçə reysi ləğv edib

Velosiped sürmək beyin sağlamlığını gücləndirə bilər - ARAŞDIRMA

İsrailin Natanzdakı nüvə obyektinə hücumundan sonra radiasiya sızması aşkarlanmayıb

BMT İsrail və İranı maksimum təmkinli olmağa çağırıb

Ondan çox beynəlxalq reys Heydər Əliyev Beynəlxalq Aeroportunu ehtiyat eniş məntəqəsi kimi seçib

IX “Muğam” Televiziya Müsabiqəsi Ağdam Muğam Mərkəzində davam edib

Media: İsrail Tehran yaxınlığındakı ən azı altı hərbi bazaya zərbə endirib

MDB ölkələrinin hərbi qulluqçularına və ailə üzvlərinə Rusiyada barmaq izi vermədən müvəqqəti qalmağa icazə verilib

“Nvidia AI” sistemi ilə “DeepL” alman startapı 18 gün ərzində bütün interneti tərcümə etməyi vəd edir

Aygül Kuspan: Azərbaycanın TÜRKPA-dakı sədrliyi səmərəli olub

Araşdırma:Yeməkdən əvvəl onun qoxusunun alınması toxluq hissi yaradır

Qazaxda tədbir: “Milli Qurtuluş Günü Azərbaycanın şanlı dövlətçilik tarixinə qızıl hərflərlə yazılan bir gündür!”

Bolnisidə uşaq əməyinə qarşı mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib

Yeni nanotexnologiya çirkab sularındakı qida maddələrini gübrəyə çevirir - TƏDQİQAT

Ağcabədi taxılçıları qısa vaxtda 4 min hektardan çox sahədə biçin aparıblar

Lənkəran Türk dünyasının gənclər paytaxtı titulunu Almatıya təhvil verib

G7 ölkələrinin sammiti iyunun 16-da başlayacaq

Naxçıvanda Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

AQTA yanında qida sektoru üzrə Məşvərət Şurasının ilk iclası olub

Türkiyə və Yunanıstan rəsmiləri arasında növbəti siyasi dialoq keçirilib

Yardımlı və Masallı rayon sakinləri ilə görüş olub

Bakı Piano Festivalı – musiqi bayramıdır! - musiqi sənayesinin nümayəndələri qarşıdan gələn festival haqqında

CNN: ABŞ 500 mindən çox miqrantın yaşayış icazəsini ləğv edəcək

TÜRKPA-nın yeni Baş katibinin adı açıqlanıb

Almaniyanın müdafiə naziri Ukraynaya 1,9 milyard avroluq əlavə hərbi yardım vəd edib

Ziya Öztürkler: Bizə ən böyük dəstəyi Türkiyə və Azərbaycan göstərir

Azərbaycanın vaxtilə işğal altında olan ərazilərində mina basdırılması ilə bağlı məhkəmədə yeni faktlar açıqlanıb VİDEO

Azərbaycanın vaxtilə işğal altında olan ərazilərində mina basdırılması ilə bağlı məhkəmədə yeni faktlar açıqlanıb VİDEO

Monteneqro Ukraynaya dəstək üçün Aİ missiyasına qoşun göndərir

İstanbulda Maqsud İbrahimbəyovun türk dilində nəşr olunmuş romanı ictimaiyyətə təqdim edilib

“Elm və təhsil obyektivdə” foto-video müsabiqəsi keçirilir

Artıq taksi sürücüləri cərimələnməyəcək VİDEO

Artıq taksi sürücüləri cərimələnməyəcək VİDEO

Ukrayna və Rusiya İstanbul razılaşmaları çərçivəsində daha bir hərbi əsir mübadiləsi həyata keçirib

Fransada kiçik təyyarə qəzaya uğrayıb

“Cıdır düzü” kitabının təqdimatı keçirilib

Azərbaycan nümayəndə heyəti Urmiya şəhərində beynəlxalq konfransda iştirak edib

Milli Qurtuluş Azərbaycan tarixinin dönüş nöqtəsidir

Qivami Rəhimli: Artıq muğam Qarabağdadır, bununla belə “İrəvanda xal qalmadı” xalq mahnısındakı yurd həsrəti hələ də qalır...

® Bu yay sərhədləri yox, imtiyazları keçin

Məhkəmədə Azərbaycanın vaxtilə işğal altındakı ərazilərində Ermənistanda istehsal olunmuş minaların basdırıldığı etiraf edilib

DVX-nin rəis müavini Milli Biznesin İnkişafı Forumunun xüsusi sessiyasında iştirak edib

Hindistandakı təyyarə qəzasında Britaniya vətəndaşı sağ qalıb

TDT-nin ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclası başa çatıb

Coğrafiya İnstitutunda Milli Qurtuluş Gününə həsr edilən tədbir keçirilib

Kevin De Bruyne “Napoli” ilə müqavilə imzalayıb

Azərbaycanla Beynəlxalq Enerji Agentliyi arasında əməkdaşlıq müzakirə edilib

Xaricdə təhsil almaq istəyən tələbələr bunları bilməlidir VİDEO

Xaricdə təhsil almaq istəyən tələbələr bunları bilməlidir VİDEO

Folklor İnstitutunda türk xalqlarının epos yaradıcılığı araşdırılır

Gürcüstanda qrant almaq prosedurları çətinləşdirilib

FHN yanında İctimai şuraya seçki keçirilib

Gəncədə 22 müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

"Qızıl top" mükafatına namizədlərin adları avqust ayında açıqlanacaq

Bahar Muradova: Türk dünyasında ailə və sosial siyasət sahəsində birgə məqsədlər və dəyərlər bizi birləşdirir

FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib

Azərbaycanın İndoneziya və Pakistanla hərbi-texniki sahədə əməkdaşlıq perspektivləri müzakirə edilib

Xaçmazda əmək yarmarkası: 137 boş iş yeri, 3000 manatadək əməkhaqqı

Dilçilik İnstitutunda açıq məkan reklamlarının və media subyektlərinin monitorinqinin nəticələri müzakirə olunub