Bu il Gürcüstanın xarici ticarət dövriyyəsinin həcmi 1,6 faiz artıb
Tbilisi, 13 avqust, AZƏRTAC
Cari ilin yanvar-iyul aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz artaraq 13 milyard dollar təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.
Bildirilir ki, hesabat dövründə ölkənin xarici ticarətində ixracın həcmi 3,530 milyard dollar olub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz azdır.
İdxalın həcmi isə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,9 faiz artaraq 9,035 milyard dollara çatıb.
Cari ilin ilk 7 ayında Gürcüstanın xarici ticarətində 5,505 milyard dollar həcminə mənfi saldo yaranıb. Bu da ümumi xarici ticarət dövriyyəsinin 43,8 faizini təşkil edir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:45]
Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib
- 15.10.2026 [16:03]