Burkina-Fasodan Fransaya tələb - səfiri dəyişin!
Paris, 4 yanvar, AZƏRTAC
Burkina-Faso Fransanın bu ölkədəki səfiri Lük Halladeyə artıq etimad etmədiyini bildirib və onun dəyişdirilməsi üçün rəsmi Parisə iki həftə vaxt verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Burkina İnformasiya Agentliyi (AIB) məlumat yayıb. Bildirilib ki, bu, etimad böhranıdır, diplomatik münasibətlərin sonu deyil. “Fransa ilə əlaqələrin kəsilməsindən söhbət getmir, sadəcə, artıq hazırkı səfirlə əməkdaşlıq etmək istəmirik”, - deyə məlumatda bildirilib.
Qeyd olunub ki, ötən il dekabrın 20-də Burkina-Faso hakimiyyəti Fransaya rəsmi məktub göndərərək, diplomatın dəyişdirilməsini tələb edib. Rəsmi Paris isə bu tələbə hələ reaksiya verməyib.
Bu diplomatik mübahisənin səbəbləri məlum olmasa da, müşahidəçilər onu fransız diplomatının Kuduqu şəhərində yaşayan Fransa vətəndaşlarına 2022-ci il 12 dekabr tarixli çağırış məktubu ilə əlaqələndirirlər. Belə ki, məktubunda diplomat təhlükəsizlik səbəbindən Fransa vətəndaşlarını bu şəhəri tərk etməyə çağırmışdı.
AZƏRTAC-ın xüsusi müxbiri
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:29]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]