BÜTÜN SEVGİLİLƏRİN BAYRAMIDIR
Murmansk, 14 fevral (AZƏRTAC). Vilayət mərkəzində ənənəvi sevgililər gününə - Müqəddəs Valentin gününə həsr edilmiş bayram şənliyi yüksək əhval-ruhiyyədə keçmişdir. Tədbirin təşkilatçıları Rusiyanın Azərbaycan gənclər təşkilatı regional şöbəsinin “Fiord” klubunun üzvləri və Murmansk Yəhudi cəmiyyəti idi.
Şənlikdə maraqlı müsabiqələr keçirilmiş, eyni zamanda, bu bayramla əlaqədar məlumatlar verilmişdir. Qonaqlar “Fiord” klubunun özfəaliyyət artistlərinin hazırladıqları səhnəciklərə baxmışlar. Yəhudi cəmiyyətinin nümayəndələri İzrailin milli toy adət-ənənələri barədə danışmış, həmvətənlərimiz isə Azərbaycanda toy təntənələrinə həsr edilmiş səhnəciklər göstərmişlər.
Müsabiqənin qaliblərinə və qonaqlara xatirə hədiyyələri təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:48]
Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir
- 06.06.2026 [14:54]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]