CBC televiziya kanalı Premyer Liqa oyunlarını canlı yayımlayacaq
Bakı, 4 avqust, AZƏRTAC
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) və Peşəkar Futbol Liqasının (PFL) Premyer Liqa oyunlarının televiziya vasitəsilə yayımı ilə bağlı elan etdiyi tenderin qalibi CBC TV kanalı olub.
Assosiasiyadan AZƏRTAC-a bildiriblər ki, telekanal Premyer Liqa oyunlarını 1 il ərzində yayımlamaq üçün AFFA-ya 700 min manat ödəyəcək. Yayım haqqı üçün ödənilən bu vəsait AFFA və PFL tərəfindən Premyer Liqa klubları arasında bərabər bölünəcək.
AFFA-dan AZƏRTAC-a bildiriblər ki, ilkin razılığa əsasən CBC beynəlxalq peyk televiziyası olduğuna və xarici dillərdə yayımlandığına görə ilk aylar oyunların şərhi rus dilində aparılacaq. Oyunların Azərbaycan dilində şərhi isə AFFA-nın “Youtube” (AFFA Official ) kanalında yayımlanacaq. “CBC Sport” kanalı fəaliyyətə başladıqdan sonra şərhlər Azərbaycan dilində olacaq. Müqaviləyə əsasən, həmçinin CBC televiziyası çəkilişləri peşəkar səviyyədə - stadiondan asılı olaraq 8-12 kamera ilə aparmaq, yaxın müddətdə idman kanalının fəaliyyətini təmin etmək və yayım hüququnu həmin kanala vermək öhdəliklərini üzərinə götürüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.08.2026 [21:51]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 bürünc medal qazanıb
- 21.08.2026 [20:14]
Azərbaycan millisi Andorra ilə yoldaşlıq oyunu keçirəcək
- 21.08.2026 [19:30]
Azərbaycan boks millisi Avropa çempionatını 2 medalla başa vurub
- 21.08.2026 [18:41]
Bakıda voleybol üzrə Avropa çempionatının açılış mərasimi keçirilib
- 21.08.2026 [18:01]