Cənub bölgəsinə yağan yağışlar Lerik rayonunun Bürsülüm kəndində torpaq sürüşməsinə səbəb olmuşdur
Lerik, 28 oktyabr (AZƏRTAC). Son günlər cənub bölgəsinə yağan yağışlar Lerik rayonunun mərkəzindən 50 kilometr aralıda yerləşən Bürsülüm kəndində torpaq sürüşməsinə səbəb olmuşdur.
AZƏRTAC xəbər verir ki, Bürsülüm ərazi vahidliyinin tərkibinə 8 kənd daxildir, burada 1500-ə qədər əhali yaşayır. Kənd sakinlərinin sözlərinə görə, ərazidə sürüşmə sentyabrın 15-dən başlamışdır. Sürüşmə zonası təqribən 5 hektar ərazini əhatə edir. Təbii fəlakət nəticəsində 3 tikilidə çatlar əmələ gəlmişdir.
Lerik rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikov bildirmişdir ki, torpaq sürüşməsi barədə Nazirlər Kabinetinə məlumat verilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, FHN-in mütəxəssisləri əraziyə baxış keçirmişlər.
Hələlik kənddə torpaq sürüşməsi passiv olsa da, yağışlı havalarda intensivləşəcəyi istisna edilmir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]