Cənubi Koreya, ABŞ və Yaponiya birgə hərbi təlimlər keçirib
Pekin, 18 iyun, AZƏRTAC
Cənubi Koreya, ABŞ və Yaponiya Şimali Koreyanın təhdidlərinə qarşı üçtərəfli təhlükəsizlik əməkdaşlığını gücləndirmək məqsədilə hərbi hava təlimləri keçirib.
AZƏRTAC xəbər verir ki, Cənubi Koreyanın hərbi hava qüvvələrinin açıqlamasına görə ölkənin cənubunda keçirilən təlimlərə Cənubi Koreyanın F-15K, ABŞ-ın F-16 və Yaponiyanın F-2 qırıcıları cəlb olunub.
“Təlim Cənubi Koreya, ABŞ və Yaponiyanın təhlükəsizlik sahəsində əməkdaşlığını gücləndirmək, Şimali Koreya tərəfindən artan nüvə və raket təhdidlərinin qarşısını almaq, Koreya yarımadasında və bütövlükdə bölgədə sülh və sabitliyi qorumaq məqsədi ilə keçirilib”, - deyə Cənubi Koreya hərbi hava qüvvələrinin açıqlamasında vurğulanır.
Qeyd edək ki, bu, İ Ce Myunqun Cənubi Koreyada prezident seçilməsindən sonra keçirilən ilk üçtərəfli hərbi təlimdir. Sonuncu dəfə üçtərəfli təlim yanvarda keçirilib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:44]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:36]
Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb
- 28.09.2026 [19:19]
La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib
- 28.09.2026 [18:45]
Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb
- 28.09.2026 [18:07]