Cənubi Qafqaz ölkələri arasında ən az turist Ermənistana gəlmişdir
Paris, 4 iyul (AZƏRTAC). Birləşmiş Millətlər Təşkilatının Dünya Turizm Təşkilatı Cənubi Qafqaz ölkələrinə səfər edən turistlərin sayı barədə məlumat yaymışdır.
Məlumatda bildirilir ki, 2011-ci ilin on bir ayı ərzində ən az turist Ermənistana səfər etmişdir. Həmin dövrdə bu ölkəyə 758 min turist gəlmişdir. Onunla qonşu olan dövlətlərdən Azərbaycana 1,5 milyon, Gürcüstana 2 milyon və Türkiyəyə 29 milyon turistin səfər etdiyi diqqətə çatdırılmışdır.
Ermənistana gələn turistlərin azlığının bu ölkədə həyat şəraitinin aşağı səviyyədə olması, əcnəbiləri cəlb edən yerlərin azlığı və digər səbəblərlə bağlı olduğu bildirilmişdir.
Məlimatda, həmçinin Ermənistana səfər edənlərin əksəriyyətinin müxtəlif xarici ölkələrdə yaşayan erməni mənşəli turistlər olduğu qeyd edilmişdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]