Çexiyalı ekstremallar Böyük Qafqazı fəth edib
Bakı, 16 iyun, AZƏRTAC
Çexiyanın məşhur “.zam” velo-baykerlər qrupu bu günlərdə Azərbaycanda olub. Dünya KİV-nin və sosial şəbəkələrin fatehləri bu dəfə fanatlarını Bakı, eyni zamanda, Xızı, Quba, Qusar dağlarındakı macəraları ilə sevindirib.
Velo-baykerlər qrupuna təşkilati dəstəyi Mədəniyyət və Turizm Nazirliyi nəzdində fəaliyyət göstərən Milli Turizm Təbliğat Bürosu göstərib.
Təbliğat bürosundan AZƏRTAC-a bildirilib ki, ekstremallar tezliklə Gürcüstan və Azərbaycanda çəkdikləri videoları təqdim edəcəklər. Hər iki ölkə gələcəkdə də müştərək layihələr icra etməyi planlaşdırır.