Çinin ən yaxşı futbol məşqçisi: Fabio Kannavaro
Bakı, 12 noyabr, AZƏRTAC
“Quançjou Everqrand" klubunun yeni məşqçisi Fabio Kannavaro Çində başa çatan mövsümün ən yaxşı məşqçisi seçilib.
AZƏRTAC xəbər verir ki, səsvermədə Draqan Stoykoviçi ("Quançjou Fuli") və Qreqorio Mansanonu ("Quyçjou Çjiçen) qabaqlayan Kannavaronun çalışdırdığı "Tyantszin Suntszyan" klubu ölkə çempionatını üçüncü pillədə başa vurub. O, mövsümün sonunda bu klubdan ayrılaraq karyerasını "Quançjou Everqrand"da davam etdirməyə başlayıb.
Xatırladaq ki, Fabio Kannavaro 2006-cı ildə İtaliya millisinin heyətində dünya çempionu olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]
“Parma” baş məşqçisi ilə yollarını ayırıb
- 28.09.2026 [14:46]