CNN: Rusiyanın Ukraynaya göndərdiyi on minlərlə yeni əsgər vəziyyəti dəyişmədi
Bakı, 24 yanvar, AZƏRTAC
Son bir neçə ayda Kreml cəbhə xəttini möhkəmləndirmək üçün Ukraynaya on minlərlə yeni rus əsgər göndərib.
AZƏRTAC bu barədə CNN telekanalına istinadən xəbər verir.
Telekanalın məlumatına görə, qüvvələrin bu cür köçürülməsi heç bir nəticə vermədi: “Çünki əsgərlər “döyüş meydanına atılmaq” üçün “zəif təchizatlı, zəif hazırlıqlı” cəbhə xəttinə gəliblər”.
“Rusiya yeni təşkil edilmiş və birləşmiş birləşmələr əvəzinə, mövcud birləşmələrə əvəzedici və ya gücləndirici olaraq qoşun göndərib”, - jurnalistlər ABŞ-ın yüksəkrütbəli məmuruna istinadən bildiriblər.
Bir qədər əvvəl Prezident Volodimir Zelenski bildirmişdi ki, Ukrayna Silahlı Qüvvələri Rusiyanın hansı qüvvələri topladığını görür və onları dəf etməyə hazırdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [13:25]
BBC Trampın məhkəmədə ifadə verməyə məcbur edilməsini tələb edir
- 14.10.2026 [12:43]
Yaponiyada fövqəladə məlumatlandırma xidmətləri dayandırılıb
- 14.10.2026 [12:33]
Misir Dünya Bankı ilə əməkdaşlığı genişləndirmək niyyətindədir
- 14.10.2026 [12:26]