CÜDOÇU ELÇİN İSMAYILOV AVROPA ÇEMPİONATINDA GÜMÜŞ MEDAL QAZANMIŞDIR
Buxarestdə keçirilən cüdo üzrə qitə çempionatında Azərbaycan idmançısı, ikiqat Avropa çempionu Elçin İsmayılov (66 kq) gümüş medal qazanmışdır. Gənclər, İdman və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, idmançımız finaladək Bencamin Darbeletə (Fransa), Brayan Dayka (Niderland), Mikloş Unqvarinə (Macarıstan), Andreas Mitterfellnerə (Avstriya) qalib gəlmiş, finalda Bektaş Dəmirələ (Türkiyə) məğlub olmuşdur.
Xatırladaq ki, Avropa çempionatında ölkəmizi daha 6 idmançı - Nicat Sultanov (60 kq), Zaur Paşayev (73 kq), Mehman Əzizov (81 kq), Mövlud Mirəliyev (100 kq), Kifayət Qasımova (57 kq), Nigar Cabbarova (52 kq) təmsil edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]
“Parma” baş məşqçisi ilə yollarını ayırıb
- 28.09.2026 [14:46]