Cüdoçumuz Elcan Hacıyev gənclər arasında dünya çempionatında bürünc medal qazanıb
Bakı, 8 oktyabr, AZƏRTAC
İtaliyanın Olbia şəhərində gənc cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan idmançısı Elcan Hacıyev (81 kq) bürünc medal qazanıb.
AZƏRTAC xəbər verir ki, cüdoçumuz yarımfinaladək uğurla irəliləsə də, bu mərhələdə rusiyalı idmançı Adam Tseçoyevə məğlub olub. Bürünc medal uğrunda görüşdə rəqibi qazaxıstanlı Ayan Bayqaziyə ipponla qalib gələn E.Hacıyev dünya çempionatını üçüncü pillədə başa vurub.
Qeyd edək ki, bunadək komandamızın aktivində 1 medal var idi. Turnirin birinci günündə Turan Bayramov (60 kq) gümüş medal qazanmışdı.
Oktyabrın 10-dək davam edəcək yarışa 73 ölkədən 500-dən çox cüdoçu qatılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]