DANİMARKADA “XOCALIYA ƏDALƏT” MÖVZUSUNDA KONFRANS KEÇİRİLMİŞDİR
Bakı, 26 fevral (AZƏRTAC). Kopenhagendə Danimarka -Azərbaycan Dostluq Cəmiyyəti (DADC) və Danimarka - Türk Cəmiyyətləri Birliyinin birgə təşkilatçılığı ilə “Xocalıya ədalət” mövzusunda konfrans keçirilmişdir.
Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
DADC-dan Diasporla İş üzrə Dövlət Komitəsinə bildirmişlər ki, Kopenhagen universitetlərində təhsil alan azərbaycanlı və türk tələbələr tərəfindən hazırlanmış “Gerçək soyqırımı - Xocalı” və “Ermənilərin Xocalı soyqırımı planı” adlı layihələr konfrans iştirakçılarına təqdim edilmişdir.
DADC-nin sədri Elxan Hüseynov Ermənistan silahlı birləşmələrinin Azərbaycan torpaqlarını işğal etməsini, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti, soyqırımı və terror aksiyaları keçirdiklərini faktlarla diqqətə çatdırmışdır.
Çıxış edənlər Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin Danimarkada geniş yayılmasının, bu məqsədlə kütləvi tədbirlərin təşkilinin vacibliyini vurğulamışlar.
Yaxın vaxtlardan başlayaraq “Xocalıya yardım” adlı humanitar və məlumatlandırıcı aksiyaların keçirilməsi qərara alınmışdır. Cari ilin sonunda isə Xocalı soyqırımı ilə bağlı müzakirələr keçirilməsi barədə Danimarka parlamentinə müraciət olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]