DANİMARKALILARA VƏ İSVEÇLİLƏRƏ ƏTİRLƏNMƏK QADAĞAN EDİLƏCƏK
Bu qadağa Danimarkada, ilk növbədə, şəhər və rayon idarələrinin qulluqçularına və buraya gələnlərə, İsveçdə isə ictimai nəqliyyat sərnişinlərinə aid ediləcəkdir. Bundan başqa, ətirlənmiş isveçlilərə xəstəxanaların və mənzil kontorlarının “havasını korlamaq” da qadağan olunacaqdır.
Ətriyyata qarşı “mübarizə”yə allergiya xəstələri başlamışlar. Onlar ətir və dezodorantların iyindən qorunmaq üçün məhkəməyə müraicət etmək məcburiyyətində qalmışlar. Məsələn, bir neçə il əvvəl İsveçdə allergiyadan əziyyət çəkən qonşularını qızılgül yağının və fransız dezodorantının iyi ilə cana gətirən bir qadın məhkəmə qarşısında cavab vermişdir. Ətir həvəskarı mühakimə edilmiş və başqa yerə köçməli olmuşdur.
Rayihə həvəskarlarına ictimai nəqliyyatın arxa hissəsində artıq çoxdan xüsusi yer ayırmışlar. Allergiklərlə “ətirdaşıyıcılar”ın bir yerdə getməməsi üçün hər bir avtobusun girəcəyindən xəbərdarlıq lövhəciyi asılmışdır: “Allergiklərə salonun ön hissəsində oturmağı məsləhət görürük”.
Sosioloqların məlumatına görə, Danimarka və İsveç əhalisinin təxminən üçdə biri müxtəlif ətriyyat iylərinə ağır reaksiya verir.