Daşıma və kuryer fəaliyyəti ilə məşğul olan sahibkarlarla görüş olub
Bakı, 6 sentyabr, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) daşıma və kuryer fəaliyyəti ilə məşğul olan sahibkarlarla görüş keçirilib.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov, daşıma və kuryer fəaliyyəti ilə məşğul olan 10-a yaxın sahibkar iştirak edib.
Görüşdə KOB subyektləri ilə müvafiq sahələrdə biznes fəaliyyətinə, iş adamlarının qarşılaşdıqları çətinliklərə və onların həlli üçün KOBİA tərəfindən göstərilə biləcək dəstək tədbirlərinə, eləcə də müvafiq sektorda fəaliyyət göstərən sahibkarların şəbəkələşməsinə dair müzakirələr aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:58]
Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq
- 28.09.2026 [17:37]