Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin sədri Lənkəranda vətəndaşları qəbul edəcək
Bakı, 11 sentyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova sentyabrın 15-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində (ünvan: Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsi, 2) Lənkəran, Astara və Lerik rayonlarından olan vətəndaşları qəbul edəcək.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və digər aidiyyəti məsələlərlə bağlı müraciət edə bilərlər. Vətəndaşların qəbulu saat 12:00-dan etibarən keçiriləcək.
Qəbula gəlmək istəyənlər (012) 5109333 və (055) 4652368 nömrəli telefonlarla və ya [email protected] elektron ünvanı vasitəsilə, həmçinin qurumun Lənkəran Ərazi İdarəsinə (telefon: (050) 3692043, elektron ünvan: [email protected]) 13 sentyabr saat 18:00-dək müraciət etməklə qeydiyyatdan keçə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:53]
Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir
- 11.06.2026 [18:43]
OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq
- 11.06.2026 [17:59]