Daşkəsəndə təhsil müəssisəsində baş vermiş qanunsuzluqlarla bağlı cinayət işi başlanılıb

Bakı, 5 aprel, AZƏRTAC
Daşkəsən rayon Zəylik kənd tam orta məktəbində baş vermiş qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Daşkəsən rayon prokurorluğundan AZƏRTAC-a verilən məlumata görə, araşdırmalar zamanı həmin təhsil müəssisəsində 2018-2023-cü illərdə əsassız olaraq əməkhaqqı ödənilməsi və digər yollarla dövlət büdcəsindən ayrılmış 56 min manatdan artıq pul vəsaitinin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.2-ci (təkrar mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb.
Faktla bağlı istintaq aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2025 [15:15]
Topdansatış mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb
- 18.06.2025 [15:14]
Kağızsız Ticarət Şurasının sessiyası keçirilib
- 18.06.2025 [15:05]
Milli Qurtuluş Günü Batumidə qeyd olunub
- 18.06.2025 [13:56]