“DÇ-2022” seçmə mərhələ: Bu gün VII turun daha 14 qarşılaşması keçiriləcək
Bakı, 9 oktyabr, Nicat Məmmədov, AZƏRTAC
Oktyabrın 9-da futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində VII turun daha 14 qarşılaşması keçiriləcək.
AZƏRTAC xəbər verir ki, A qrupunda Azərbaycan millisi İrlandiyanı qəbul edəcək. Bakı Olimpiya Stadionunda baş tutacaq görüş saat 20:00-da başlayacaq və “CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.
Qrupun digər görüşündə Serbiya yığması səfərdə Lüksemburq seçməsinin qonağı olacaq. Portuqaliya yığması isə yoldaşlıq görüşündə Qətərlə üz-üzə gələcək.
B qrupunda Kosovo İsveçin, Yunanıstan isə Gürcüstanın qonağı olacaq. I qrupunun lideri İngiltərə Andorranı sınağa çəkəcək.
Gecənin bütün görüşləri aşağıdakılardı:
A qrupu
Azərbaycan - İrlandiya;
Lüksemburq - Serbiya.
Qrupdakı vəziyyət: Portuqaliya - 13 (5 oyuna), Serbiya - 11 (5), Lüksemburq - 6 (4), İrlandiya - 2 (5), Azərbaycan - 1 (5).
B qrupu
İsveç - Kosovo;
Gürcüstan - Yunanıstan.
Qrupdakı vəziyyət: İspaniya - 13 (6 oyuna), İsveç - 9 (4), Yunanıstan - 6 (4), Kosovo - 4 (5), Gürcüstan - 1 (5).
C qrupu
Litva - Bolqarıstan;
İsveçrə - Şimali İrlandiya.
Qrupdakı vəziyyət: İtaliya 14 (6 oyuna), İsveçrə - 8 (4), Şimali İrlandiya - 5 (4), Bolqarıstan - 5 (5), Litva - 0 (5).
D qrupu
Qazaxıstan - Bosniya və Herseqovina;
Finlandiya - Ukrayna.
Qrupdakı vəziyyət: Fransa - 12 (6 oyuna), Ukrayna - 5 (5), Finlandiya - 5 (4), Bosniya və Herseqovina - 3 (4), Qazaxıstan - 3 (5).
F qrupu
Şotlandiya - İsrail;
Farer Adaları - Avstriya;
Moldova - Danimarka.
Qrupdakı vəziyyət: Danimarka - 18, Şotlandiya - 11, İsrail - 10, Avstriya - 7, Farer Adaları - 4, Moldova - 1.
I qrupu
Macarıstan - Albaniya;
Polşa - San Marino;
Andorra - İngiltərə.
Qrupdakı vəziyyət: İngiltərə - 16, Albaniya - 12, Polşa - 11, Macarıstan - 10, Anorra - 3, San Marino - 0.