“DÇ-2022” seçmə mərhələ: Türkiyə millisi son dəqiqələrdə vurduğu qolla qələbə qazanıb
Bakı, 12 oktyabr, AZƏRTAC
Oktyabrın 11-də futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin səkkizinci turuna start verilib.
AZƏRTAC xəbər verir ki, turun ilk oyun günündə E, G, H və J qruplarında ümumilikdə 11 qarşılaşma keçirilib.
G qrupunda Türkiyə millisi səfərdə Latviya yığmasının qonağı olub. Oyunda hesab 70-ci dəqiqədə açılıb. Türkiyə yığmasının üzvü Merih Demiral avtoqola imza atıb. Altı dəqiqə sonra Serdar Dursun qarşılaşmada tarazlığı bərpa edib - 1:1. Matçda son nöqtəni əsas vaxta əlavə olunmuş 9-cu dəqiqədə 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Burak Yılmaz qoyub - 2:1. Bu nəticədən sonra xallarını 15-ə çatdıran Türkiyə millisi 3-cü pillədəki mövqeyini qoruyub. Beş xalı olan Latviya isə 5-cidir. Bu qrupun digər matçlarında lider Niderland xalsız Cəbəllütariqi darmadağın edib - 6:0. İkinci yerdə qərarlaşan Norveç isə Monteneqroya minimal hesabla qalib gəlib - 1:0.
Gün ərzində keçirilən görüşlərdə aşağıdakı hesablar qeydə alınıb:
E qrupu
Belarus - Çexiya - 0:2;
Estoniya - Uels - 0:1.
Qrupdakı vəziyyət: Belçika - 16 (6 oyun), Çexiya - 11 (7), Uels - 11 (6), Estoniya - 4 (6), Belarus - 3 (7).
G qrupu
Latviya - Türkiyə - 1:2;
Niderland - Cəbəllütariq - 6:0;
Norveç - Monteneqro - 2:0.
Qrupdakı vəziyyət: Niderland - 19, Norveç - 17, Türkiyə - 15, Monteneqro - 11, Latviya - 5, Cəbəllütariq - 0. (Bu qrupdakı komandaların hər biri 8 görüş keçirib).
H qrupu
Kipr - Malta - 2:2;
Sloveniya - Rusiya - 1:2;
Xorvatiya - Slovakiya - 2:2.
Qrupdakı vəziyyət: Rusiya - 19, Xorvatiya - 17, Sloveniya - 10, Slovakiya - 10, Malta - 5, Kipr - 5 (Bu qrupdakı komandaların hər biri 8 görüş keçirib).
J qrupu
Şimali Makedoniya - Almaniya - 0:4;
Rumıniya - Ermənistan - 1:0;
İslandiya - Lixtenşteyn - 4:0.
Qrupdakı vəziyyət: Almaniya - 21, Rumıniya - 13, Şimali Makedoniya - 12, Ermənistan - 12, İslandiya - 8, Lixtenşteyn - 1. (Bu qrupda da komandaların hər biri 8 görüş keçirib).