Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dəmir gövdəli davul, bəm səsli üçbucaq, “Qarabağ kamanı” ... REPORTAJ

Bakı, 14 avqust, Abdulla Suvar, AZƏRTAC

Dəmir gövdəli davul, şimşək, bəm səsli üçbucaq, şahrud, “Qarabağ kamanı”, sevgililər, ərqanun, ay-ulduz, dolça qopuz və neçə-neçə qədim musiqi alətləri... Müasirlərindən fərqlənən belə musiqi alətlərini bərpa etmək, qorumaq və gələcək nəsillərə çatdırmaq missiyasını hazırda Azərbaycan Milli Konservatoriyasının (AMK) nəzdində fəaliyyət göstərən “Milli musiqi alətlərinin təkmilləşdirilməsi və bərpası” elmi-tədqiqat laboratoriyasının rəhbəri Məmmədəli Məmmədov həyata keçirir. O, 14 ildir bu laboratoriyaya rəhbərlik edir.

İsti yay günündə ömrünün yeddi onilliyini arxada qoyan Məmmədəli Məmmədovu iş başında, elə rəhbərlik etdiyi laboratoriyada görmək bizi heç də təəccübləndirmədi. Ona görə ki, o, Azərbaycan Neft və Kimya İnstitutunu bitirib, uzun illər bu sahədə çalışsa da, həyatını bütövlükdə xalq çalğı alətlərinin rekonstruksiyası, bərpası və yeni diapazonlu milli alətlərinin yaradılmasına həsr edib. O, simli musiqi alətlərinin hamısında ifa etməyi bacarır, başdan ayağa musiqi ilə yoğrulub. M.Məmmədovun kolleksiyasında müəlliflik hüququnun ona məxsus olduğunu təsdiqləyən sənədlərə malik (təkmilləşdirilmiş, bərpa edilmiş və yeni yaranan musiqi alətlərinin) 64 adda musiqi aləti var. Alətlərin hər biri Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçib. O, üzərində təkmilləşdirmə apardığı 60-dan çox alət barədə mütəmadi olaraq AMK-nın “Konservatoriya” adlı elmi nəşrində, konfranslarda, dünyanın aparıcı jurnallarında, müxtəlif elmi məqalələrinin çapı ilə də məşğul olur...

AZƏRTAC-ın müxbiri “Milli musiqi alətlərinin təkmilləşdirilməsi və bərpası” elmi-tədqiqat laboratoriyasında Məmmədəli Məmmədovun gördüyü işlərlə yaxından tanış olub.

Kamança və tardan ibarət musiqi alətləri ailəsi

Azərbaycan Milli Konservatoriyasının əsas binasının alt mərtəbəsindəki laboratoriyada tanıdığımız musiqi alətləri ilə yanaşı, tanımadığımız çox sayda alətlər vardı. Maraqlı olduğu qədər də çox qəribə idi, hər birinin fərqli səsi, bir-birindən fərqli görkəmi... Burada görülən işlər, qazanılan uğurlar, aparılan tədqiqatlar barədə laboratoriyanın rəhbəri Məmmədəli Məmmədov bizə geniş məlumat verdi.

Neft sənayesi ilə milli musiqi alətlərinə elmi yanaşmada bir fərq görmədiyini söyləyən Məmmədəli müəllim deyir ki, onda bu sənətə unudulmaz müəllimi, akademik Azad Mirzəcanzadənin mühazirələri, apardığı maraqlı müqayisəli yanaşmalar da böyük sevgi yaradıb.

Söhbət əsnasında öyrənirik ki, yaradıldığı 21 il ərzində laboratoriya milli alətlərlə bağlı əsasən 4 istiqamətdə fəaliyyət göstərib:

1.Qədim musiqi alətlərinin bərpası;

2.Təkmilləşdirilməsi, istifadədə olan alətlərin qüsurlarının aradan qaldırılıb təkmilləşdirilməsi;

3.Yeni dövr tələblərinə uyğun gələn yeni alətlərin hazırlanması;

4.Musiqi alətlərimizin dövlət standartlarının hazırlanması.

“Laboratoriyada qarşıya qoyulan başlıca məqsəd Azərbaycan xalq çalğı alətləri orkestrinin səs diapazonunu simfonik orkestrin səs diapazonuna çatdırmaq və milli orkestrimizdə böyük səs diapazonuna malik olan dünyəvi və milli əsərləri ifa etməyin mümkünlüyünə nail olmaqdır”, - deyir həmsöhbətimiz.

Onun sözlərinə gərə, laboratoriyada bütün araşdırma işləri dəqiq elmi hesablamalar və alətlərin ölçü əmsallarının çıxarılması yolu ilə aparılır: “Qədim alətlərin bərpası və təkmilləşməsi işi əlbəttə ki, qədim risalələr, yazılı və şifahi mənbələrin öyrənilməsinə əsaslanır. Alətlərin təkcə görkəmi deyil, həmçinin tembrinin orijinala yaxın olmasına, eləcə də, alətin dinləyicidə oyada biləcəyi emosional təsirinin də müvafiq olmasına cəhd edilir”.

Mövcud alətlərin təkmilləşməsi prosesi bu gün artıq alət ailələrinin yaradılması işini də gündəmə gətirdi. Bəm və zil registrin bütün diapazonunu əhatə edən alət ailələrinin yaranması və xalq çalğı alətləri orkestrinin tərkibinə daxil edilməsi sayəsində orkestrin səslənməsini simfonik orkestr səviyyəsinə çatdırmaq nəzərdə tutulub.

Məmmədəli müəllimin və laboratoriya əməkdaşlarının birgə səyi nəticəsində artıq tar, kamança, saz və balaban alət ailələri ifaçılıq praktikasında geniş istifadə edilir. İlk dəfə olaraq kamança və tardan ibarət musiqi alətləri ailəsi yaradılıb. 2004-cü ildə kamança musiqi alətinin “bəm kaman” növü və qədim musiqi alətimiz olan balabanın bas, tenor və pikkolo variantları hazırlanıb. İdeya müəllifi Xalq artisti Siyavuş Kərimi olan həmin alətlərin Azərbaycan Bəstəkarlar İttifaqında təqdimatı keçirilib.

Onun sözlərinə görə, yaranan, yaxud təkmilləşən hər yeni alət laboratoriyada AMK-nın pedaqoji kollektivi, mötəbər ifaçılar tərəfindən sınaqdan keçirilir və ifa xüsusiyyətlərinə görə rəy bildirilir.

“Milli musiqi alətlərinin təkmilləşdirilməsi və bərpası” elmi-tədqiqat laboratoriyasının əməkdaşları elmi araşdırmalarla məşğul olur, müxtəlif konfrans və simpoziumlarda daim iştirak edir, tədqiqat işləri aparır, xalq çalğı alətlərinin rekonstruksiyası, bərpası, yeni diapazonlu milli alətlərin yaranması sahəsi ilə ciddi maraqlanırlar. Dünyanın ən aparıcı jurnallarında elmi məqalələrlə çıxış edirlər. Laboratoriyada görülən işlər gənc tədqiqatçıların da diqqət mərkəzindədir”, - deyir laboratoriya rəhbəri.

Sevgililər, dördkünc balaban, yaylı qopuz...

Bu gün laboratoriyaya daha çox populyar olan milli musiqi alətlərinin təmiri, təkmilləşməsi və digər problemlərinin həlli ilə bağlı müraciətlərin olduğunu söyləyən Məmmədəli müəllim bunun səbəbini belə izah edir: “Çünki işlək milli musiqi alətlərimiz bu gün tar, kamança, zurna, balaban, nağaradır. Bu səbəbdən də həmin alətlərin problemləri ilə bağlı müraciətlər daha çox olur”.

O, Azərbaycan Milli Konservatoriyasında müəllimləri, tanınmış ifaçılar, Xalq artistləri Möhlət Müslümov, Ağasəlim Abdullayev, Fəxrəddin Dadaşov, elə də gənc ifaçılardan da təkliflər aldıqlarını bildirir.

Öyrənirik ki, laboratoriyada yeni musiqi alətlərinin yaranması və təkmilləşməsi daha böyük vüsət alıb. Çəng, kamança, tar, davul, santur, qanun, balaban M.Məmmədov tərəfindən təkmilləşdirilib. Bunlarla yanaşı, o, həm də yeni musiqi alətlərini yaradıb.

Udmən, Azərbaycan santuru, dördkünc balaban, dördkünc davul, Qarabağ kamanı, meydan nağara, bas kamança, iki kameralı kamança, kontur kamança, bəm kamança, zil-bəm kamança, dəf kaman, bas tar, kontur tar, qopuz, yaylı qopuz, bərpa olunmuş yaylı rübab, əsa, həsa, xromatik qanun, irs, ud-mən, ay-ulduz, sevgililər, zil-bəm kamança, yaylı bəm tar, şimşək, qoşaçanaq bas kamança, cütçanaq kamança və s. laboratoriyada yeni yaranan musiqi alətləri sırasına daxildir.

Onun sözlərinə görə, mövcud alətlərin yeni elektron versiyaları da tamam yeni tembr səsləndirdiyinə görə artıq yeni alət kimi qəbul edilir (Məsələn, elektro akkord tar, “Azərbaycan” elektro musiqi aləti, Ay kaman (elektro kamança), elektro silindr kamança, Rəmiş elektro musiqi aləti kimi).

Həmsöhbətimin sözlərinə görə, yeni musiqi alətlərinə adların seçilməsi çox maraqlı nüanslardan biridir. Bu alətlərə ad seçərkən onların səslənməsinə və klassik ədəbiyyatdan gələn tarixi ənənələrə xüsusi diqqət yetirilir: “Yeni musiqi alətlərinə adları özüm versəm də, hər zaman tanınmış ifaçılar və musiqişünaslarla məsləhətləşirəm”.

Məmmədəli müəllim onu da deyir ki, Azərbaycan tarixində ilk dəfə kontr səsli, bas səsli Azərbaycan milli musiqi alətlərinin kök sisteminə uyğun olaraq onların menzurasını (ölçüsünü) təyin edib.

Səs diapazonu 7 oktava olan milli alətlərdən ibarət “Əsrlərin sədası”

Onun ən böyük arzusu səs diapazonu 7 oktava olan Azərbaycan xalq çalğı alətləri ansamblının yaradılması olub. Demək olar ki, o, bu arzusuna çatıb. Amma qarşıda hələ də bu ansamblla bağlı görüləcək işlər var.

“Yaratdığımız orkestrin Azərbaycan musiqi tarixində bənzəri yoxdur. Ona görə ki, ansamblın səs diapazonunu yeddi oktavaya çatdırmışıq. Dünya bəstəkarları da bu diapazona görə əsərlər yazırlar. Bu ansamblı yaradarkən Heydər Əliyev Fondu bizə dörd bəstəkar ayırdı. O bəstəkarlar “Əsrlərin sədası” ansamblı üçün əsərlər yazdı. Ansambl ilk dəfə Heydər Əliyev Mərkəzində Nəsiminin 650 illiyinə həsr olunmuş möhtəşəm tədbirin həm açılış, həm də bağlanış mərasimində çıxış etdi və rəğbətlə qarşılandı. Bu, Azərbaycan milli musiqi alətlərinin, eləcə də xalq çalğı alətlərinin inkişafında çox böyük yenilik idi. Ansambl üzvlərinin ifa etdiyi alətlərin hamısı millidir”.

Məmmədəli müəllimin sözlərinə görə, ən böyük istəyi “Əsrlərin sədası” ansamblına dövlət statusunun verilməsidir. O, bunun üçün müvafiq qurumlara müraciət etdiyini və yaxın vaxtlarda bu məsələnin müsbət həll olunacağına inamını ifadə edir. “Əgər qısa vaxtda “Əsrlərin sədası” ansamblına dövlət statusu verilməzsə, min bir əziyyətlə gördüyümüz bu iş nəticəsiz qalar və kollektiv dağılar”.

Hazırda ansamblın 22 üzvü olduğunu söyləyən həmsöhbətim deyir ki, “Əsrlərin sədası” Azərbaycanı təqdim edir: “Avropada yaylı rübabla, kontur rübabla çıxış etsək bizi daha çox alqışlayar və sevərlər...”.

Afrikadan gətirilən maxun, köklənən dördkünc davul...

Emalatxanadakı alətlərlə bizi tanış edən Məmmədəli müəllim deyir ki, bu, köklənən dördkünc davuldur. Bu alətdə çoxlu səslər cəmlənib. Öz ansamblımızda istifadə olunur:

“Bizim laboratoriyamız Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və milli musiqi alətlərimizin inkişafı üçün zəruri olanları icra edir. Həmçinin burada musiqi məktəblərinin şagirdləri üçün yüksək səviyyəli uşaq tarları hazırlayırıq”.

Emalatxanada bir neçə kiçik ölçülü tar da diqqətimizi cəlb etdi. Məmmədəli müəllim bu alətlərə xüsusi səs effekti verdiyini və onları uşaqlar üçün hazırladığını bildirdi: “Uşaqlar üçün gözəldir, safdır. Bu aləti mənimsəmək daha asandır. Burada müəllimin də problemi olmayacaq. Mən həmişə deyirəm ki, uşaqlarımız üçün hazırlanan tar peşəkarlar üçün hazırlanan tardan daha yüksək səviyyədə olmalıdır. Çünki peşəkar onu istədiyi kimi səsləndirə bilir. Amma uşaq əlinə aldığı tar daha gözəl, rahat və xoşagələn olmalıdır”.

“Düzdür tar hazırlamaq üçün məktəblərdən sifariş almırıq, amma istərdik belə sifarişlər olsun. Çünki mən dörddəbir, dörddəiki, dörddəüç, dörddədörd tarın standartlarını hazırlamışam. Hazırda Mədəniyyət Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birlikdə Azərbaycan Milli Musiqi Alətlərinin dövlət standartını hazırlayıram. Bununla bağlı komissiya da yaranıb və işlərə başlamışıq”,- deyir Məmmədəli Məmmədov.

Onun sözlərinə görə, musiqi alətlərinin hazırlanmasında istifadə olunan ağac materiallarının hamısı yerli xammaldır: “Amma Afrikadan gətirilən çox gözəl maxun ağacından da istifadə edirik. Bu, müxtəlif alətlər, əsasən çanağın üzü üçün istifadə olunur”.

Türkiyəyə aparılan ruhəfza və 29 simli möhtəşəm

Məmmədəli müəllim deyir ki, milli musiqi alətləri ilə bağlı xaricdən bəzən sifarişlər alırlar: “İsraildən kamança, Yunanıstan səfirinə möhtəşəm musiqi aləti, ABŞ-dan tar sifariş etmişdilər. Fransadan da sifarişimiz olub”.

Emalatxanada diqqət çəkən alətlərdən bir də ruhəfzadı. O deyir ki, bu aləti ilk dəfə görən türkiyəli musiqişünas qonaqlar da ona valeh olublar. “Türkiyənin İzmir Konservatoriyasından Bakıya iki musiqişünas gəlmişdi, bizim laboratoriyanın da qonağı oldular. Ruhəfzanı görüb səsinə qulaq asdıqdan sonra bu alətə vuruldular. Çünki onun möhtəşəm səsi var. Dedilər ki, bunu bizə ver. Dedim, verə bilmərəm, çünki təkdir. Hazırlayıb bir aya göndərərəm. Bir aydan sonra onlar yenidən Bakıya gəldilər və aləti alıb apardılar. Bu alətin səsində tar, saz, kaman səslərin qarışığı var”.

Buradakı alətlərin içərisində möhtəşəm öz möhtəşəmliyi ilə diqqət çəkir. “Milli musiqi alətlərinin təkmilləşdirilməsi və bərpası” elmi-tədqiqat laboratoriyasının rəhbəri deyir ki, 5 oktava səs diapazonu olan bu alətin 29 simi və 29 aşığı var.

Cəng musiqi alətinin də yeni modeli hazırlanaraq onun üzərində təkmilləşmə işləri aparılıb: “Tarın elektron variantını, tez-tez kökdən düşməsinin qarşısını almaqdan ötəri aşıqlarda təkmilləşmə işləri aparılıb. Bir neçə il əvvəl Siyavuş Kəriminin ideyaları əsasında bəm kamança hazırladıq və indi bu kamançadan orkestrdə istifadə edilir. Çalışırıq elə alətlər düzəldək ki, onları dünya arenasına çıxara bilək”.

Ustad sənətkar deyir ki, hər hansı bir aləti sifariş əsasında sıfırdan hazırlamağa başlayırsa buna nə az, nə çox düz 2 il vaxt sərf edir. Tar yaş halında yonulur, sonra bir, ya iki il qurumağa qoyulur. Ondan sonra yığılır. Yığılması asandır, bir aya hazırlanır.

Məmmədəli müəllimin sözlərinə görə, laboratoriyadakı alətlərin çoxunun müştərisi var. Sentyabrda valideynlər, müəllimlər laboratoriyaya onları almağa gələcək. Amma burada elə alətlər də var ki, onlar satılmır, muzeyə veriləcək.

Emalatxanadakı bir alət də tamam fərqli görkəmi ilə diqqət çəkir. Məmmədli müəllimin sözlərinə görə şərqi ud adlı bu alət ilk dəfə onun tərəfindən bərpa olunub.

Laboratoriya Respublika daxilində yaradılan muzeylərin ərsəyə gəlməsinə də öz töhfəsini verir. Beynəlxalq Muğam Mərkəzi, Tovuzda və hazırda Şamaxıda yaradılacaq Tarix muzeylərinin qurulmasında fəal iştirak edir.

Emalatxanada bir-birindən fərqli yeni musiqi alətlər ilə tanış olduqca insanın sənət sevgisinə, yaratmaq eşqinə, yenilikçi ruhuna heyran qaldım. Burada olarkən bir daha əmin oldum ki, milli musiqimiz və musiqi alətlərimiz tükənməz sənət qaynağıdır. Bu qaynaqdan su içənlər əbədiyaşardılar. Elə Məmmədəli müəllim kimi...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

stanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

stanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub

“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub

Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb

Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub

Taleh Kazımov: Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq iqtisadi dayanıqlılığa töhfə verir

Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir

İqlim dəyişmələri Fransanın 20 tarixi abidəsini məhv olmaq təhlükəsi ilə üzləşdirib

UNEC alimlərinin hazırladıqları məqalə nüfuzlu “Elsevier” nəşriyyatında dərc olunub

I Beynəlxalq İnklüziv Məşğulluq Konfransı çərçivəsində üçüncü panel sessiya təşkil olunub

Xalq şairi Vahid Əziz Şamaxıda tələbələrlə görüşüb

Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək

Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib

Şəhərlərin böyüməsi və ekoloji balans: Professor dayanıqlı inkişafın şərtlərini açıqlayıb

Kolorado Universitetinin baş mütəxəssisi: Gələcəyin bioinformatikləri biologiya ilə proqramlaşdırmanı birləşdirməlidir

Baş katib Kayrat Sarıbay: AQEM digər dövlətlər üçün də cəlbedici platformadır

Dövlət Komitəsinin sədri Ağdamda vətəndaşlarla görüşüb

Səbail rayonunda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əyyub Quliyev: Bu abidə bütövlükdə Azərbaycan tar sənətinin şərəfinə ucaldılıb

Beynəlxalq və xarici ölkələrin milli paralimpiya komitələrinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib

AQEM-in əsas məqsədi dövlətlər arasında dialoqun gücləndirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsidir - ŞƏRH

İran rəsmisi regional əməkdaşlığın gücləndirilməsində Azərbaycanın səylərini yüksək qiymətləndirib

“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB VİDEO

Şəhid anası: Azərbaycanın qazandığı uğurlar gələcəyimizə inamı artırır

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

Agentlik: “Rəqəmsal rabitə” informasiya sistemi proseslərin əlaqəli fəaliyyətinə imkan yaradacaq

Lənkəranda toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb

Bakı Bəyannaməsi qəbul edilib

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür

BMT-nin Avropa Mərkəzində Azərbaycanda sosial müdafiə sahəsində həyata keçirilən islahatlardan danışılıb

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNƏCƏK

Avropa İttifaqı Yaxın Şərqdə gərginlik səbəbindən Körfəz ölkələri ilə sammiti təxirə salıb

Mərkəzi Bank “Bank of New York Mellon”la əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib

Zövq, kimlik və qadın zərifliyinin ipək simvolu - Kəlağayı

Astaranın bir hissəsinə içməli suyun verilişində fasilə yaranıb

Çinin xarici ticarətinin barometri olan Kanton sərgisi başlayıb

Azərbaycanın AQEM-də iştirakı onun iqtisadi inkişafına dəstək verəcək - ŞƏRH

Azərbaycanla Kambocanın rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Görmə qabiliyyətinin bərpası istiqamətində mühüm addım: xəstəyə çip implantasiya edilib

Hindistanlı nazir: AQEM-in təsisçi üzvü olaraq, sülh istiqamətində tərəfdaşlığı dəstəkləyirik

Lənkəranda YAP-ın VIII Qurultayına həsr olunmuş elmi seminar təşkil edilib

MDB-nin Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik Azərbaycana keçib

Türkiyə Qara dənizdə gündəlik qaz hasilatını 20 milyon kubmetrə çatdırmağı planlaşdırır

Qırğızıstanda neft məhsullarının istehsalı 1,9 dəfə artıb

Türkiyə Müdafiə Nazirliyi: Səudiyyə Ərəbistanına dəstək addımları ölkə Konstitusiyasının tələblərinə cavab verməlidir

BƏƏ-nin dövlət naziri: Sülhün təmin olunması üçün birgə çağırışların öhdəsindən gəlməliyik

NDU-da təhsilin inkişafı, rəqəmsallaşma və elmi innovasiyalar diqqət mərkəzindədir

“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib

Bakıda Azərbaycan və Qazaxıstan prezidentləri görüşüblər, Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər

Azərbaycanın müasir dövlətçilik tarixində mühüm uğurlarla yadda qalan 23 il - ŞƏRH

Sergey Lavrov: Bizim vəzifəmiz Müşavirəni yeni reallıqlara uyğunlaşdırmaqdır

Fəxrəddin Manafov: Ramiz Quliyev milli musiqimizin inkişafına mühüm töhfələr verib

Budapeştdə iki məktəbə bomba hədəsi ilə bağlı məktublar daxil olub

Humayun Kabir: Azərbaycanın AQEM-ə sədrliyi Asiyada əlaqələrin güclənməsinə xidmət edir

Dövri tikinti sənayesinin inkişafında universitet–sənaye əməkdaşlığının rolu müzakirə olunub VİDEO

Dövri tikinti sənayesinin inkişafında universitet–sənaye əməkdaşlığının rolu müzakirə olunub VİDEO

“Dövlətimizi yad təhlükələrdən qorumaq hər birimizin borcudur” – Şəhidin həyat yoldaşı

Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər

Lautaro Martinez Milan derbisini buraxa bilər

Dünyəvi məktəb – milli dövlətçiliyin və ideoloji təhlükəsizliyin təminatıdır ŞƏRH

Bakıda inklüziv məşğulluq sahəsində ən yaxşı qlobal təcrübələrdən danışılıb

Şahzadə Harri və Meqan Markl Britaniyaya qayıtdıqdan sonra ilk dəfə birlikdə ictimaiyyət qarşısına çıxıblar

Belçikalıların dörddəbiri kiçik elektron cihazların düzgün utilizasiyası qaydalarını bilmir

AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir

® “Birbank Invest” vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı

Müşavir: Bu ilin doqquz ayında azad olunmuş ərazilərdə 1100 transformator təmir olunub

“Filtrsiz” podkastında sağlam qidalanma mövzusu müzakirə olunub VİDEO

“Filtrsiz” podkastında sağlam qidalanma mövzusu müzakirə olunub VİDEO

Azərbaycan Türk dünyasının iqtisadi və enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

Şri-lankalı nazir: AQEM Azərbaycanın sədrliyi dövründə böyüməyə, güclənməyə davam edəcək

“Azərişıq”: Azərbaycanda elektrik enerjisi itkilərində azalma tendensiyası daim müşahidə olunur

Qarabağ həqiqətlərinin rəqəmsal mediada təbliği müzakirə olunub VİDEO

Qarabağ həqiqətlərinin rəqəmsal mediada təbliği müzakirə olunub VİDEO

Bəhreyn XİN: Azərbaycan nəqliyyat sistemlərinin səmərəliliyinin təmin edilməsində mühüm rol oynayır

Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur

Mənsum İbrahimov: Ramiz Quliyev xalqımızın qəlbində özünə əbədi abidə ucaltmış sənətkardır

Tanınmış alim İlham Məmmədova həsr olunmuş biblioqrafik göstərici işıq üzü görüb

Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatının pley-off mərhələsində

Azərbaycan alimləri Türkiyədə keçirilən beynəlxalq üzümçülük simpoziumunda iştirak ediblər

® “AccessBank” və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir

Xətai rayonunda YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələrlə bağlı müşavirə keçirilib

Hərbivəzifəlilərin təlim toplanışı davam edir

Bilgəh qəsəbəsində avtomobilin aşması nəticəsində 2 nəfər ölüb VİDEO

Bilgəh qəsəbəsində avtomobilin aşması nəticəsində 2 nəfər ölüb VİDEO

Pakistanın Misirdəki səfiri azərbaycanlı tədqiqatçı-alimi təltif edib

Azərbaycan Almatıda Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin iclasında iştirak edəcək

Sahibə Qafarova və İqor Sergeyenko parlamentlərarası əlaqələri müzakirə ediblər

Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib

Tünzalə Yusifova: Güclü dövlətin gələcəyi savadlı və vətənpərvər gənclərdən asılıdır

Torpağın bərəkəti zəhmətdən, məhsulun taleyi sudan asılıdır – Culfadan  REPORTAJ  VİDEO

Torpağın bərəkəti zəhmətdən, məhsulun taleyi sudan asılıdır – Culfadan REPORTAJ VİDEO

İqor Sergeyenko: AQEM-in tamhüquqlu təşkilata çevrilməsini dəstəkləyirik

“Vüqar Həşimov” və “Odlar Yurdu” şahmat klubları Avropa Kubokunda çıxış edəcək

Ləman İbrahimova: Əsas vəzifə texnologiyanı idarə edən, tarixini bilən və tənqidi düşünən nəsil yetişdirməkdir

İşğaldan azad olunmuş ərazilərdə 17 minə yaxın istehlakçı elektrik enerjisi ilə təmin edilib

Kambocanın Baş naziri: Dialoq və beynəlxalq hüquq çərçivəsində sülhə nail olmaq lazımdır

Vanq Yin: Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir

İsveçdə işsizlik səviyyəsi azalıb

Hərbi hissələrdə “Açıq qapı” günləri təşkil olunub

Qars Qafqaz Universitetində “Azərbaycan Günü”: Təhsil ocağında Mirzə Fətəli Axundzadə guşəsi açılıb

Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib