DƏMİRYOLÇULAR XOCALI FACİƏSİ QURBANLARININ XATİRƏSİNİ EHTİRAMLA YAD ETMİŞLƏR
Bakı, 26 fevral (AZƏRTAC). “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində (QSC) Xocalı soyqırımının ildönümü ilə bağlı keçirilən tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Qurum sədrinin müavini Qurban Nəzirov Xocalı soyqırımının başvermə səbəbləri, o zaman Azərbaycanda mövcud siyasi durum haqqında məlumat vermişdir. Bildirmişdir ki, Xocalı soyqırımı ilə bağlı tarixi həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün belə tədbirlərin müntəzəm keçirilməsi çox vacibdir.
QSC-nin mətbuat xidmətindən bildirmişlər ki, qurumun Gəncə, İmişli, Salyan, Ağstafa, Xaçmaz, Şirvan qovşaqlarında da Xocalı soyqırımı qurbanlarının xatirəsini anma mərasimləri keçirilmiş, ehsan süfrələri açılmış, şəhidlərin ruhuna dualar oxunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]